Fiziki xəritə
|
Siyasi xəritə
|
Kontur xəritə
|
Qərb yarımkürəsi |
Şərq yarımkürəsi |
Fəaliyyət:
|
Yarımkürələr xəritəsində Yer kürəsinin quru və su səthini təhlil edin.
|
Yarımkürələrin fiziki xəritəsinə nəzər salarkən görünür ki, dünyanın çox hissəsini okean suları təşkil edir və ona Dünya okeanı deyilir.
Dünya okeanı Yer kürəsinin 361 mln. km2 sahəsini əhatə edir ki, bu da onun ümumi sahəsinin 79%-nə bərabərdir. Yerin qalan 21%-i qurudan ibarətdir və sahəsi 149 mln. km2 - dir. Quru sahələrinə Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Antarktida və Avstraliya materikləri aiddir.
Materiklərlə yanaşı qitələr də qurunun bölgüləri kimi istifadə edilir. Lakin onların adları tarixən yaranmışdır, ona görə tarixi-coğrafi bölgü hesab olunur. Qərb yarımkürəsində Şimali Amerika və Cənubi Amerika materikləri Amerika qitəsi olaraq təsvir edilir. Avrasiya materiki isə Avropa və Asiya qitələrinə ayrılır. Ümumilikdə 6 materik və 6 qitə vardır.