Xəritədə və qlobusda həm meridianların,
həm də paralellərin qiyməti yazılır, onlar eyni
bölgü əsasında, məsələn, 10° və ya 15°-dən bir
çəkilir. Qlobusda və yarımkürələr xəritəsində
meridianların qiyməti ekvator üzərində
yazılır. Paralellərin dərəcələri qlobusda 0°
meridian üzərində, yarımkürələr xəritəsində
isə sağ və sol kənarlarda verilir. Xəritədə isə
meridianlar və paralellərin qiyməti kənarlarda göstərilir. Qlobus və xəritələrdə
meridianların və paralellərin kəsişməsindən əmələ gələn şəbəkə dərəcə toru
adlanır.
|
Ekvator xətti üzərində 14 ölkə yerləşir.
Bu xətt 33 adadan keçir. Onlardan 17-si
İndoneziyada, 9-u Amazon çayının
mənsəbində, 5-i Afrikadakı Viktoriya
gölündə yerləşir.
|
|
|