Meridian latın sözü olub, “günorta xətti” deməkdir. Meridianlar şimaldan cənuba çəkilir. Meridianların istiqaməti yerə basdırılmış şaquli dirəyin (qnomonun) kölgəsinin günorta vaxtı düşdüyü xəttə uyğun gəlir. Bir meridianın üzəri ilə hərəkət etsək, Şimal qütbündən Cənub qütbünə çatmaq olar. Meridian - Yerin Şimal və Cənub coğrafi qütblərini birləşdirən, ekvatorla düz bucaq altında kəsişən xəyali yarımçevrədir. Bütün meridianların uzunluğu (təqribən 20000 km) və forması eynidir. Meridianlar coğrafi uzunluğu göstərir.
Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığında yerləşən Qrinviç rəsədxanasından keçən meridian başlanğıc meridian hesab olunur. Başlanğıc meridiana Qrinviç meridianı da deyilir. O, Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür. Xəritədə başlanğıc meridian qalın xətlə göstərilir.
Meridianlar
|
Coğrafi qütblər
|
Paralellər
|
Dairənin bir hissəsi qövs adlanır və dərəcələrlə ölçülür. Meridian yarımçevrə olduğuna görə onun qövsü 180° təşkil edir.
Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvator sözünün mənası “tənbölən” deməkdir. Ekvator Yer kürəsini Şimal və Cənub yarımkürələrinə bölür. Ekvatorda hər zaman yay fəsli olur. Gecə və gündüzün temperaturları arasındakı fərq azdır. Günəş şüaları bütün ərazilərə bərabər bucaqla düşür.
Qlobusda ekvatora paralel çəkilmiş çevrəyə paralel deyilir. Ekvator uzunluğuna görə ən böyük paraleldir. Paralellər formasına görə eyni (çevrə), uzunluğuna görə müxtəlif olur.
Ekvator Yeri Şimal və Cənub
yarımkürələrinə bölür.
|
Ekvadorun paytaxtı Kito şəhəri
yaxınlığında ekvator xəttinin
buradan keçməsini əks etdirən
simvol |
Fəaliyyət:
|
Xəritəyə əsasən ekvator xəttinin keçdiyi əraziləri müəyyən edin və dəftərinizə yazın.
|