üçün yollar, tikintinin aparılması üçün mümkün olan sahələr, işıq, su, təbii qaz xətlərinin çəkilmə
istiqamətləri müəyyən edilir. Sonra əldə olunan məlumatlar yerlərdə yoxlanılır,
dəqiqləşdirmələr aparılır, alınmış yeni məlumatlar xəritəyə köçürülür. Bu isə onu
göstərir ki, böyük miqyaslı xəritələr təsərrüfat işlərində geniş istifadə olunur.
Geniş əraziləri əhatə
edən iri layihələrdə də
xəritələrin əhəmiyyəti
böyükdür. Məsələn,
müstəqillik illərində
Xəzər dənizinin Azərbaycana
aid olan
hissəsində neft və təbii
qazın çıxarılmasının
genişlənməsi boru
kəmərlərinin çəkilməsini
tələb edirdi. Artıq
Türkiyə Respublikasının
Aralıq dənizi sahillərinə
bir neçə neft və qaz
kəmərləri çəkilmişdir.
Bu işlərdə coğrafiya
xəritələrindən istifadə
etmək çox vacibdir.
|
Neft və qaz kəmərləri
|
Coğrafiya xəritələri tədris prosesində geniş istifadə olunur. Bunun üçün təsvir
edilən ərazilərdə xəritənin üzərində obyekt və hadisələrin sayı nisbətən az olur,
bəziləri sadə formada verilir. Bütün tədris prosesində coğrafiya xəritələrindən
istifadə etmək vacibdir. Xəritələr mövzuların dərk edilməsi üçün əyani vasitələrdən
biridir.
Coğrafiya xəritələri informasiyaların saxlanması, qorunması və ötürülməsi
üçün mühüm vasitədir. Bu informasiyaları daim yeniləmək mümkündür. Bu isə
xəritələrdən istifadə etmək imkanlarını genişləndirir.
-
Xəritə və məhəllin planının fərqli xüsusiyyətləri nədir?
-
Xəritələrin hansı əhəmiyyəti vardır?
-
Tədris prosesində xəritələrdən necə istifadə olunur?
|
|
|
1 |
Xəritə və planda hansı coğrafi obyektlərin eyni formada göstərildiyini müəyyən
edin. Fikirlərinizi əks etdirən cədvəl qurun və misallar yazın.
|
2 |
Xəritələrdən istifadənin vaciblik və əhəmiyyətini mətnə əsasən təhlil edin,
fikirlərinizi yazın.
|
3 |
Xəritə və planın oxşar və fərqli əlamətlərini göstərən sxem qurun.
|
|