Obyektin adı | Azimut bucağı | Yerdə məsafə | Planda məsafə |
qüllə | 350 |
150 m | 7,5 sm |
ev | 1000 |
20 m | 1 sm |
körpü | 1700 |
50 m | 2,5 sm |
quyu | 2400 |
40 m | 2 sm |
ağac | 2800 |
130 m | 6,5 sm |
Sonrakı mərhələdə dayandığımız nöqtədən seçilən hər bir obyektə qədər həqiqi məsafəni ruletka və ya çöl pərgarının köməyi ilə ölçmək lazımdır. Bu kəmiyyətlər də cədvələ yazılır. Planşetin ölçüsündən asılı olaraq miqyas seçilir. Miqyasın elə kəmiyyəti seçilməlidir ki, plan planşetə yerləşə bilsin. Bizim plana aldığımız ərazi üçün 1:2000 miqyası seçməklə təyin etmək olur ki, Yer səthində olan 20 m planda 1 sm-ə uyğun gəlsin. Bunun əsasında planın qütb nöqtəsindən uyğun məsafələri xətkeşlə ölçmək və obyektin şərti işarəsini çəkmək olar. Beləliklə, artıq bizim ərazi üçün hazırladığımız plan hazır olur.
Oxşar üsuldan istifadə etməklə geniş sahələr üçün də planaalma aparmaq olar. Bu üsul çox vaxt nisbətən geniş ərazilər və ya yol boyu yerləşən sahələr üçün tətbiq olunur. Belə planaalma bir nöqtədən plana alınacaq obyektləri görmək mümkün olmadıqda həyata keçirilir.
1 Oxuduğunuz məktəbin planını hazırlayın.
2 Yaşadığınız ərazidə səyahət təşkil edin. Keçdiyiniz ərazidə olan obyektlərin şərti
işarələr əsasında planını tərtib edin.
|