Avropada isə bizə gəlib çatan ilk qlobusu (“Yer alması qlobusu”) 1492-ci ildə alman alimi Martin Behaym hazırlamışdır. M.Behaym qlobusu hazırlayarkən Ptolomeyin xəritələrindən və Portuqaliya ekspedisiyalarının məlumatlarından istifadə etmişdir. M.Behaym tərəfindən hazırlanan qlobus hazırda Nürnberq şəhərində yerləşən Alman Milli Muzeyində saxlanılır. Müasir qlobuslar coğrafi baxımdan qədim dövr və orta əsrlərdə olan qlobuslardan çox fərqlənir. Çünki əvvəlki qlobuslarda o dövrlərdə kəşf olunmamış ərazilər göstərilmirdi. İndiki qlobuslarda isə hər bir ərazi dəqiqliyi ilə təsvir edilir. |
|
1 Yerin təsvir üsullarının adlarını göstərən sxem qurun. Onların xarakterik
xüsusiyyətlərini göstərin
2 Mətnə əsasən, qlobusun kimlər tərəfindən hazırlanmasını göstərən cədvəli
tamamlayın.
3 Təsvir üsullarına aid uyğun əlaməti müəyyən edin.
|