xəritədə nisbətən geniş ərazi təsvir olunur.
Bu halda miqyas kiçik hesab olunur. Miqyası
göstərən məxrəcdəki kəmiyyət böyüdükcə
ərazilər daha çox kiçilmiş təsvir olunur.
Buna görə daha böyük əraziləri təsvir etmək
imkanı yaranır. Digər tərəfdən eyni ərazi
xəritədə nisbətən kiçik sahə tutur. Eyni
ərazi 1:100 000 miqyaslı xəritədə 1:50 000
miqyaslı xəritəyə nisbətən iki dəfə az sahə
tutmuş olur.
|
Aşağıda verilmiş xəritə-sxemdə avtomobil yolunun uzunluğunu müəyyən etmək üçün pərgardan istifadə edilmişdir. Pərgar miqyasa müvafiq olaraq 1 sm ölçüsündə götürülmüş və yolun A nöqtəsindən B nöqtəsinə qədər olan məsafə 7 sm hesablanmışdır. Xəritə-sxemin miqyası 1:1000 000-dur, yəni 1 sm-də 10 km-dir. Məsafəni hesablamaq üçün miqyasın kəmiyyəti (1 sm = 10 km) ölçülən nöqtələrin sayına vurulur. Nəticədə (10x7=70 km) A və B nöqtələrin arasındakı məsafə 70 km olur. |
1: 1000 000
Pərgarla miqyasın ölçülməsi
|
|
1 1:500 000 miqyaslı xəritədə A və B məntəqələri arasında məsafə 7 sm-dir. Bu
məntəqələr arasında Yer səthi üzrə həqiqi məsafəni təyin edin.
|