|
|
|
Müəyyən ərazinin, məsələn, yaşadığınız məhəllənin və ya kəndin, onun ətrafında yerləşən əkin sahəsinin kağız üzərində təsviri üçün kiçildilərək təsvir edilməsi lazım gəlir. Bu halda kağızda məsafələr sm və mm ilə ölçülür. Ona görə yer üzərindəki məsafənin kağız üzərində təsvir edilən məsafənin nə qədər hissəsinə uyğun gəldiyini hesablamaq olar. Alınmış rəqəm məsafənin nə qədər kiçilməsini və ya miqyası göstərir.
Miqyas - Yer səthinin müstəvidə olan təsvirlərində kiçiltmə nisbətini göstərən kəsrdir. Bu zaman Yer üzərindəki 1 km-in müstəvidə neçə sm-ə uyğun gəldiyi müəyyən olunur. Məsələn, əgər müstəvi üzərində 1 sm Yer üzərindəki 10 000 sm-ə uyğun olarsa, miqyas da 1:10 000 kimi yazılır.
1:25 000
|
1:250 000
|
1:1 000 000
|
Miqyasın kəmiyyətindən asılı olaraq təsvir olunan ərazilər genişlənir və ya kiçik olur. Kəsr kimi yazıldığına görə həmin kəmiyyət məxrəcdə yerləşir. Bu isə o deməkdir ki, miqyas nə qədər kiçik olarsa, ərazi bir o qədər böyük olur, yəni, eyni ölçüdə olan