Kompasdan istifadə qaydaları.
|
Evdə və ya sinifdə sadə kompas hazırlamaq
və cəhəti təyin etmək olar. Bunun üçün
nəlbəkiyə bir az su töküb üzərinə yarpaq
və ya kiçik kağız qoyuruq. Sonra kağızın
(yarpağın) üzərinə iynə yerləşdiririk. Bu
zaman kağız iynə ilə birlikdə suyun üzərində
fırlanır və iynə şimal-cənub istiqamətində
dayanır.
|
Fəaliyyət:
|
Kompasın köməyi ilə sinifdə cəhətləri müəyyən edin.
|
Azimut ərəb sözü olub, əs-səmt – istiqamət deməkdir. Azimut – şimala (Cənub yarımkürəsində cənuba) olan istiqamətlə obyektə yönəlmiş istiqamət arasında qalan bucaqdır. Azimut saat əqrəbinin hərəkəti üzrə ölçülür, qiyməti 0°-360° arasında dəyişir. Məsələn, əgər obyekt müşahidəçidən şimalda yerləşirsə, azimutu 0° və ya 360°, şərqdə olarsa 90°, cənubda 180°, qərbdə yerləşirsə 270° azimuta malikdir. |
Azimut və onun təyini
Verilmiş şəkildə ağac 40° azimut bucağında yerləşir. Azimutun təyin edilməsi üçün kompasdan istifadə olunur. Bu işi yerinə yetirmək üçün kompas üfüqin cəhətlərinə görə səmtləşdirilməlidir. Şimal istiqaməti müəyyən edildikdən sonra azimut üzrə verilən istiqamət, məsələn, 40°-də yerləşən obyektin istiqaməti tapılır. Alınan bucağı göstərmək üçün nazik çubuğu 40° bucağı kompasın əqrəbini mərkəzi ilə birləşdirən xətt üzərində qoymaq tələb olunur.
|
|