Sağ əlimizi Günəş çıxan tərəfə yönəltsək,
bura şərq istiqaməti olur. Bu halda sol tərəfdə
qərb, qabaqda şimal, arxada cənub istiqaməti
olduğunu təyin etmək olar.
Üfüqün cəhətlərini təyin etmək üçün
digər üsullar da istifadə edilir.
Azərbaycanda gündüz saat 12.00-da
Günəş cənubda müşahidə edilir, səhər Günəş
şərqdə çıxır, axşam qərbdə batır.
Ən sadə cəhət təyinetmə üsulu isə
kompasdan istifadədir. Kompas – üfüqün
cəhətlərinin təyin olunması üçün istiqaməti
göstərən cihazdır. Kompasın əqrəbi hər
zaman şimal və cənub istiqamətlərini
göstərir. Kompasdan gəmiçilik (naviqasiya),
hava nəqliyyatı (aviasiya), hərbi işlərdə, eləcə
də turist səfərlərində geniş istifadə olunur.
Şimal yarımkürəsi üçün
Qışda evlərin damının cənubunda,
dərələrin şimal yamaclarında qar
tez əriyir.