Azərbaycanın məşhur səyyahlarından biri XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış Hacı Zeynalabdin Şirvanidir. H.Z.Şirvani Mərkəzi Asiyada, Hindistanda, İndoneziyada, Ərəbistanda, Efiopiyada, Şimali Afrikada, Kanar adalarında olmuşdur.
H.Z. Şirvaninin səyahət etdiyi ərazilər.
|
H.Z. Şirvani
|
Fəaliyyət:
|
Xəritəyə əsasən Şirvaninin səyahətini təsvir edin.
|
Azərbaycanda coğrafiyanın inkişafı üçün XIX əsrdə xeyli işlər görülmüşdür. Bu sahədə fəaliyyət göstərmiş alimlər arasında Həsən bəy Zərdabi, Abasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlının böyük əməyi olmuşdur. A.Bakıxanov X.Kolumbun Amerikanı kəşf etməsi, N.Kopernikin Günəş sisteminin quruluşu haqqında fikirlərinə əsaslanan əsərlər yazmışdır.
XX əsrin ikinci yarısından sonra, əsasən də müstəqillik illərində Azərbaycanda coğrafi biliklərin toplanması və öyrənilməsi işləri genişlənmişdir. Hazırda ölkənin iqlim, torpaq, su ehtiyatlarından istifadə edilməsi, regionların iqtisadi və sosial inkişafının təmin olunması üçün tədqiqatlar aparılır.
|
1 Doğru olan sıraları seçin:
2 "Səyyahlar Azərbaycana gəlir" mövzusunda esse hazırlayın.
|