2 | Ətraf mühitə mənfi təsir göstərən istiqamətlərdə və onun qorunması üçün
görülən tədbirləri təsvir edin. Bal ilə qiymətləndirin, üç istiqamətdən birinə
uyğun olmasının nəticəsini dəftərinizə qeyd edin. |
3 |
Yaşadığınız rayonda ətraf mühitin qorunması üçün daha hansı tədbirlərin
görülməsinin vacib olması haqqında fikirlərinizi yazın.
|
Ləvazimat: dərslik, 6-11-si siniflər üçün atlas, kompas, termometr, dəftər.
Məqsəd: Yaşadığınız şəhərin və ya inzibati rayonun coğrafi təsvirinin hazırlanması.
Yaşadığınız rayonun coğrafiyasını bilmək hər bir şagird üçün vacibdir. Rayonda hansı təbii sərvətlərin olduğunu, onlardan hansı təsərrüfat sahələrində istifadə edilməsinin müəyyənləşdirilməsi coğrafi biliklər hesabına mümkün olur. Yaşadığınız ərazinin hava şəraitini, onun ilin mövsümləri üzrə dəyişməsini öyrənmək gündəlik həyatda daim insanların köməyinə çatır. Torpaqlar kənd təsərrüfatında istifadə edilir. Ərazidə hansı bitkilərin əkilməsi, məhsulun toplanması, temperatur şəraiti və torpaqlara əsasən müəyyən edilir. Bunları nəzərə alaraq yaşadığınız rayonun coğrafi təsvirinin hazırlamaq mühüm əhəmiyyət kəsb edir. Bunun üçün aşağıdakı plan əsasında məlumat toplamaq olar:
1. Relyefin təsviri üçün dağların, düzənliklərin adını, əhatə etdiyi əraziləri, ən yüksək və ən alçaq nöqtələri müəyyən etmək lazımdır.
2. Təbii ehtiyatların adını, harada yerləşməsini, hansı təsərrüfat sahələrində istifadə edilməsini, emalı üçün müəssisələrin yaradılmasını bilmək lazımdır.
3. Temperatur, yağıntılar, küləyin sürəti və istiqaməti üzrə göstəricilərin iyul və yanvar kəmiyyətlərini müəyyən etmək lazımdır. Yağıntıların yay və qış ayları üzrə paylanmasını, küləyin daha çox əsdiyi fəsilləri də təsvir etmək olar.
4. Ərazidə çay, göllərin olması, onların suyundan istifadə, suvarmada əhəmiyyəti, Xəzər dənizinə yaxınlığı, onların təsərrüfat əhəmiyyəti, su hövzələrinin balıqçılıq əhəmiyyəti haqqında məlumat toplamaq olar.
5. Rayonda torpaq, bitki, heyvan növlərinin öyrənilməsi üçün Diyarşünaslıq muzeyinin məlumatlarından istifadə etmək olar. Bitki və heyvanların yayılma sahələrini müəyyən etmək olar. Rayonda qorunan ərazilərin olmasını, hansı bitki, heyvan növlərinin qorunmasını qeyd etmək vacibdir.
6. Yaşadığınız rayonda olan iri şəhər məntəqə və kəndlərinin adlarını, onların əhalisini, milli tərkibini müəyyən etmək, onlar haqqında məlumat toplamaq olar.
7. Bu məntəqələrdə fəaliyyət göstərən sənaye obyektləri, istehsal edilən məhsullar, xidmət sahələri haqqında yazmaq olar.
8. Kənd təsərrüfatında hansı məhsulların becərilməsini müəyyən etmək olar.
Göstərilən plan əsasında yaşadığınız rayonun coğrafi təsvirinin hazırlanması ilə onun hansı iqtisadi potensiala malik olduğunu öyrənmiş olursunuz.