Hazırda kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün torpağa külli miqdarda mineral gübrələr, zəhərli maddələr verilir. Onların miqdarının artması becərilən məhsulların keyfiyyətinin aşağı düşməsinə və ziyanlı olmasına gətirib çıxarır.
|
■Sənaye müəssisələri
Sənaye tullantıları
■Nəqliyyat
Dəm qazı və tüstü
■Kənd təsərrüfatı
Torpaq və çaylara ziyan vuran bərk və maye şəklində zəhərli kimyəvi maddələr
■Neft daşıyan gəmilər
Qəzalarda neft məhsullarının dağılması
■Elektrik stansiyaları
Radioaktiv maddələr, tüstü, qazlar
■Ev təsəsrrüfatı
Məişət tullantıları və çirkab suları |
Fəaliyyət:
|
Ətraf mühitin çirklənməsinin qarşısını necə almaq olar?
|
Ətraf mühiti çirkləndirən əsas mənbələrdən biri faydalı qazıntıların çıxarılması və emal sənayesi obyektlərinin fəaliyyətidir. Neft hasilatı zamanı geniş ərazilərə onun məhsullarının (və ya “tullantılarının”) dağılması, daş kömür, metal filizlərinin çıxarılması prosesində əmələ gələn şaxtalar, karxanalar, onların ilkin təmizlənməsindən yaranan tullantılar əsas çirklənmə mənbələridir.
Çıxarılan xammalların emalı əsasında ətraf mühitə xeyli miqdarda tullantılar atılır. İnsanlar tərəfindən yaradılan belə "dağlar"ın bəziləri çoxmərtəbəli binalardan da hündür olur. Onlar çayları, gölləri, havanı, torpaq sahələrini çirkləndirərək istifadəyə və məskunlaşmaya yararsız hala salır.
Mazut və daş kömürdən istifadə etməklə elektrik enerjisi istehsal edilən zaman atmosferə zəhərli maddələr atılır, sonra isə külək vasitəsilə geniş ərazilərə aparılır. Şəhərlərdə havanın çirklənməsinin əsas mənbələrindən biri avtomobillərdən çıxan qazlardır. Onlar insanlar üçün təhlükəli olan bir çox xəstəliklərin yaranmasına səbəb olur. |