Kasıb ölkələrin iqtisadiyyatının geri qalmasına sənayenin zəif inkişafı da təsir göstərir. Bu ölkələrdən bəzilərində faydalı qazıntılar çıxarılır. Lakin onların emal olunması üçün sənaye müəssisələri olmadığına görə, digər ölkələrə xammal kimi ucuz qiymətə satılır. Ona görə az gəlir əldə olunur. Kasıb ölkələrdə, əsasən, yüngül və yeyinti məhsulları istehsal edən müəssisələr işləyir. Onlar əsasən daxili tələbatı ödəyir. Şəhərlər və şəhər əhalisinin sayı azdır. Şəhər əhalisinin çox hissəsi paytaxt şəhərdə və onun ətrafında toplanır.
Braziliya, Meksika, İndoneziya, Səudiyyə Ərəbistanı və Hindistan ərazisinin böyüklüyünə, əhalisinin sayına və təbii sərvətlərin zəngin ehtiyatına malikdirlər. Onlar bu imkanlardan istifadə edərək inkişafını təmin edir.
№
1 2 3 4 5 6 7 8
Ölkələr
Lüksemburq İsveçrə Norveç İrlandiya İslandiya Qətər Sinqapur ABŞ
2018
114262 82950 81694 76098 74278 70779 64041 62605 |
№
1 2 3 4 5 6 7 8
Ölkələr
ABŞ Çin Yaponiya Almaniya B.Britaniya Fransa Hindistan İtaliya
2018
20580 13368 4972 3951 2829 2780 2719 2076 |
Hər nəfərə görə məhsul,
ABŞ dolları,
(Azərbaycan 106-107-ci sırada yerləşir)
|
Ümumi məhsula görə qabaqcıl ölkələr,
mlrd. ABŞ dolları (Azərbaycan 85-90-cı sırada yerləşir) |
Fəaliyyət:
|
Varlı və kasıb ölkələr arasındakı fərqi müəyyən edin.
|
Varlı və kasıb ölkələrin fərqləndirilməsi üçün istehsal edilən məhsulların ümumi dəyəri, onların hər nəfərə düşən həcmi, göstərilən xidmətlər, şəhər əhalisinin neçə faiz olması kimi göstəricilərdən istifadə edilir.
|
|