Ölkə |
İstehsal etdiyi əsas
məhsullar |
Ölkə |
İstehsal etdiyi əsas
məhsullar |
ABŞ |
Kompüter, təyyarə,
avtomobil |
Yaponiya, Koreya
Respublikası |
gəmi, məişət cihazları
və avtomobil |
Kanada |
Meşə materialları,
dəmir filizi |
Türkiyə |
Geyim məhsulları,
məişət cihazları |
Səudiyyə Ərəbistanı,
İran, İraq, Küveyt |
Neft və təbii qaz |
Avstraliya |
Dəmir filizi və boksit
xammalları |
Almaniya |
Texnologiya,
avtomobil, məişət
cihazları |
Böyük Britaniya |
Gəmi və avtomobil,
toxuculuq məmulatı |
Rusiya |
Meşə materialları,
neft və təbii qaz |
Azərbaycan |
Neft və təbii qaz |
Ölkələr daxilində əmək bölgüsü sənaye məhsullarının istehsalında, zavod və
fabriklər arasında, xidmətlərin göstərilməsində formalaşır. Məsələn, zavod konkret
olaraq bir məhsulu istehsal edir. Digər zavod eyni sahəyə aid olan başqa məhsulun
istehsalı ilə məşğul olur.