Heyvanların otarılması üçün yem ehtiyatı məhdud idi, otlaqlar əksər ərazilərdə az yer tuturdu. Ona görə heyvandarlıqla məşğul olanlar köçəri həyat tərzi keçirirdi.
Əkinçilik ərazilərində əhalinin digər məhsullara olan tələbatının ödənilməsi üçün sənətkarlıq sahələri inkişaf etmişdi. Sənətkarlar kənd təsərrüfatının inkişafı üçün avadanlıqlar (toxa), toxuculuq və geyim məhsulları, gil qablar, zəruri hallarda silah və digər müdafiə vasitələri istehsal edirdi. Beləliklə, əkinçilik sənətkarlıqdan ayrılmış və yeni əmək bölgüsü yaranmışdı. Bu dövrdən sonra sənətkarlar artıq kəndlərdən çox şəhərlərdə toplanmağa başladı, yeni şəhərlər yarandı.
Sonrakı əmək bölgüsündə sənətkarlığın daha da inkişaf etməsi, istehsal edilən məhsulların çoxalması onların ticarətinin də təşkilini tələb edirdi. Ona görə bu zaman sənətkarlığın ticarətdən ayrılmasını təmin edən əmək bölgüsü baş verdi.
Hazırda əmək bölgüsü dünyanın ayrı-ayrı regionları, burada olan ölkələr, onun daxilində yerləşən ərazilər arasında baş verir. Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında da əmək bölgüsü yaranır. Ona görə şəhərlər və kəndlər arasında məşğuliyyət sahələrinin quruluşunda kəskin fərqlər əmələ gəlir.
Fəaliyyət:
|
Azərbaycan əmək bölgüsündə hansı məhsulların istehsalı ilə iştirak edir?
|
ABŞ-da kompüter,
təyyarə, avtomobil
istehsalı aparıcı yer
tutur.
|
İran körfəzi ölkələrində
neftçıxarma mühüm
yer tutur.
|
Almaniyada məişət
cihazları və avtomobil
istehsalı aparıcı yer
tutur.
|
Yaponiya və Koreyada
gəmiqayırma, məişət
cihazları və avtomobil
istehsalı sahələri
inkişaf edir.
|
Dünyada ölkələr və regionlar arasında yaranan əmək bölgüsü özünü daha aydın şəkildə göstərir. Bunun bir neçə səbəbi vardır. Ölkələr və regionlar təbii-coğrafi şəraitinə, təbii ehtiyatlarına, onlardan istifadəetmə imkanlarına görə fərqlənir. Onların arasında əhalinin əmək vərdişləri, iqtisadi potensialı, iqtisadi inkişaf səviyyəsi, kadrlarla təminatda da xeyli fərq özünü göstərir. Nəticədə bəzi ölkələrdə müəyyən məhsulların istehsalı, faydalı qazıntıların çıxarılması, xidmətlərin göstərilməsi ucuz başa gəlir, keyfiyyətli olur.
Əmək bölgüsünün yaranma amilləri
|
|