Fəaliyyət:
|
Bu hadisə təsərrüfatın hansı sahələrinin inkişafına daha çox təsir göstərdi?
|
XVIII əsrdə buxar maşınlarının yaradılması sənayedə iri zavod və
fabriklərin yaradılmasına imkan verdi. Bu dəyişiklik nəticəsində müasir irimaşınlı
sənayenin əsası qoyuldu. Bu dövrdə dəmir yolu xətlərinin çəkilməsinə başlandı.
1825-ci ildə İngiltərədə Londondan Liverpula dünyada ilk dəmir yolu xətti çəkildi.
Gəmiçilikdə buxar maşınlarının tətbiq olunması dəniz nəqliyyatında xüsusi
mərhələnin başlanğıcını qoydu. Bu sahələrin inkişafı nəqliyyatın əhəmiyyətini
xeyli artırdı.
XX əsrin ikinci yarısından sonra insanlara xidmət göstərən təhsil, səhiyyə,
ticarət, turizm sahələrinin inkişafına böyük əhəmiyyət verilirdi. Bu sahələr
əhalinin həyat səviyyəsinin yüksəlməsinə, xəstəliklərin azalmasına, ixtisaslı
kadrların hazırlanmasına xidmət etdi.
- Təsərrüfatın maddi məhsullar istehsal edən aparıcı sahələri hansılardır?
- Kənd təsərrüfatının yaranmasına hansı amillər təsir etmişdir?
- Sənətkarlığın yaranması hansı zərurətdən irəli gəlirdi?
- Nəqliyyat və xidmət sahələrinin inkişafı hansı dövrlərdə başlanmışdır?
|
|
|
1 |
İnsanların ilkin dövrlərdə becərdiyi mədəni bitkilərin və saxladığı heyvanların
adlarını, bu sahələrin əhəmiyyətini əks etdirən sxem qurun. |
2 |
Yaşadığınız ərazidə bu sahələrdən hansının yaxşı inkişaf etdiyini deyin. Onların
təsərrüfatda hansı rola malik olduğuna dair fikirlərinizi yazın.
|
3 |
Nəqliyyat və xidmət sahələrinin əhəmiyyəti haqqında məlumat toplayın.
|
4 |
Hazırda yeni təsərrüfat sahələrinin yaranması üçün hansı amillərin əhəmiyyətli
olmasını müəyyən etməyə çalışın.
|
5 |
"Qədim əkinçilik mərkəzləri" xəritəsi əsasında aşağıdakı cədvəli tamamlayın
|
əlaməti |
ərazilər |
Çin |
Peru |
Ön Asiya |
Aralıq dənizi |
Yaranma səbəbi |
|
|
|
|
Əkinçilikdə
əhəmiyyəti |
|
|
|
|
Hazırda aid olduğu
ölkə |
|
|
|
|
|