1 – Cənubi Meksika
2 - Peru 3 – Aralıq dənizi 4 - Abissina 5 – Ön Asiya 6 – Mərkəzi Asiya 7 - Hindistan 8 - Çin |
Fəaliyyət:
|
Bu ərazilərdə əkinçiliyin yaranmasına hansı amillər şərait yaradırdı?
|
Artıq orta əsrlərdə sənətkarlığın inkişafı prosesində əsas istiqamətlər yarandı. XV əsrdə Avropada toxuculuğun iri mərkəzləri vardı. Avropada yun parça toxunmasına üstünlük verilirdi. Asiyada əsasən ipək parça toxunurdu. Bu isə həmin ərazilərdə bu sahələrin inkişafı üçün xammalın olması ilə əlaqədar idi.
Bu dövrdə Avropada metal əridilməsi və emalı da geniş yayıldı. Metallar əkinçilik üçün avadanlıqlar, bəzək əşyaları və silah istehsalında istifadə olunurdu. Silah istehsalına çoxsaylı müharibələrin aparılması səbəb oldu. XV-XVI əsrlərdə bu sahələrdə məhsul istehsalı üçün nisbətən iri mərkəzlərin yaradılmasına başlandı. Bunun üçün manufakturalar (sexlər) təşkil olunurdu. Niderland, İtaliya, İngiltərə, Fransa, Almaniyada manufakturalar əsas təsərrüfat obyektlərinə çevrildi.
Sənətkarlıq və manufakturaların inkişafı təsərrüfatın mühüm sahəsi olan ticarətin genişlənməsini tələb edirdi. İstehsal olunan məhsulları satmaq, lazım olan digərlərini almaq üçün bu sahə sürətlə inkişaf edirdi. Böyük Coğrafi kəşflərdən sonra ticarət bütün dünyanı əhatə etmişdir.
Manufaktura (XVIII əsr)
|
İlk dəmir yolu
|
Paroxod
|
İngiltərədə zavod
|
Buxar maşınının kəşfi dünyada təsərrüfatın inkişafında yeni inqilabi dəyişikliyə səbəb oldu.