Təxminən 10 min il əvvəl cəmiyyətin inkişaf tarixində çox mühüm hadisələr baş verdi. Bu zaman insanlar buğda, arpa, balqabaq, bibər və digər bitkilərin becərilməsinə başladılar. Beləliklə, əkinçiliyin əsası qoyuldu. Əkinçiliyin inkişafının iki əsas xüsusiyyətini ayırmaq olar. Əvvəla, bu sahənin yaranması ilə insanlar hazır məhsul istifadəçilərindən məhsul istehsal edən qüvvəyə çevrildilər. Bunu istehlakçı olmaqdan istehsalçı olmağa keçid adlandırmaq olar. İkincisi bu mərhələni uzunmüddətli hesab etmək olar və bir neçə min il davam etmişdir.
Əkinçilik və ovçuluq məskənləri
|
Meşələrin qırılaraq əkin
sahələrinə çevrilməsi |
Torpağın becərilməsi
|
Cəmiyyətin yığıcılıqdan istehsal təsərrüfatına keçidinin baş verməsi bir neçə amilin təsiri ilə mümkün olmuşdur:
- Bu dövrdə insanlar əmək alətləri yaratmağa nail olmuş, ətraf mühit haqqında çoxlu biliklər toplamışlar.
- İnsanların ətrafında mədəni şəkildə becərmək üçün bitkilər və əhliləşdirmək üçün heyvan növləri olmuşdur.
- Bu dövrdə artıq ətraf mühitin dəyişdirilməsi və məhsul toplamaq imkanlarının aşağı düşməsi, ovçuluq üçün şəraitin zəifləməsi istehsal təsərrüfatının inkişafını tələb edirdi. Əkinçilik insanların qida məhsullarına, zülalı çox olan ərzağa tələbatını tam olaraq ödəyə bilmirdi. Ona görə keyfiyyətli ərzaq istehsalı üçün qoyun, keçi, mal-qara kimi heyvanları əhliləşdirməyə başladılar.
Heyvandarlığın inkişafı
|
Sənətkarlıq emalatxanası
|
Əmək alətlərinin və silahın
hazırlanması
|
İstehsal xarakterli kənd təsərrüfatının inkişafı ilə yanaşı, sənətkarlıq kimi təsərrüfat sahələri yaranmağa başladı. Bu dövrdə kənd təsərrüfatının inkişafı üçün alətlər, məhsulların saxlanılması üçün qablar və digər avadanlıqlar, iqlimin dəyişməsi ilə əlaqədar geyim vasitələri, gil qablar, yaşayış evlərinin qurulması üçün materialların istehsal edilməsi tələb olunurdu. Qədim yaşayış məskənləri olan Misir, Mesopotamiya, Mərkəzi Asiya, Çin, Hindistanda ilk dəfə metal əridilməsinə başlandı. Bu sahələrin olması sənayenin yaranmasının ilkin mərhələsi kimi qəbul edilə bilər.