Dünyada ən böyük asılı ərazilərdən biri isə Cənubi Amerikada yerləşən Fransa Qvianasıdır. Afrikada yerləşən Qərbi Böyük Səhra özünü müstəqil elan etmiş olsa da, qonşu Mərakeş buranı öz ərazisi hesab edir. Siyasi xəritələrdə ölkələrin ərazisi bir-birindən sərhədlərlə ayrılır. Onlar xəritələrdə xüsusi işarələrin köməyi ilə verilir. Bəzən iri dövlətlərin inzibati vahidlərinin göstərilməsi üçün də onların sərhədləri çəkilir Siyasi xəritədə təsvir edilən əsas coğrafi obyektlərdən biri də şəhərlərdir. Onlar statusuna və əhalisinin sayına görə fərqli formalarda təsvir olunur. Paytaxt şəhərlərinin adı böyük hərflərlə yazılır. Digər şəhərlərin yalnız baş hərfi böyük olur və adi qaydada göstərilir. Məsələn, VAŞİNQTON |
Böyük Antil adalarına daxil olan
Puerto-Riko adasının xüsusi
statusu vardır. Ada ABŞ-ın mülkiyyəti
hesab olunur, onun idarəetməsi
ABŞ-a məxsusdur, lakin ölkənin
ayrılmaz tərkib hissəsi sayılmır. Əhali
məhdud vətəndaşlıq hüquqlarına
malikdir. Ada yerli idarəetmə
statusuna malikdir. 2020-ci ildə
adanın siyasi statusu haqqında
səsvermə keçirilmişdir. Onun ABŞ-da
51-ci ştat kimi göstərilməsi nəzərdə
tutulur. Puerto-Riko adası mühüm
turizm regionudur, əsasən ABŞ
vətəndaşlarına xidmət göstərir
|
ABŞ-ın, MOSKVA Rusiyanın, BRAZİLİA Braziliyanın paytaxtı kimi ayrılır, qalan şəhərlərdən yazılışına görə fərqlidir.
SİYASİ-İNZİBATİ XƏRİTƏDƏ ƏHALİNİN SAYI
(nəfər)
|
AVSTRİYA Ölkələrin adı
ANKARA Dövlət paytaxtları Digər yaşayış məntəqələri FİZİKİ-COĞRAFİ XƏRİTƏLƏR
|
Əhalisinin sayına görə şəhərləri qruplaşdırmaq üçün müxtəlif formalar tətbiq olunur. Adətən əhalisinin sayı 10 mln. nəfər və 1 mln. nəfərdən çox olan şəhərlər, 500 min - 1 mln. nəfər, 100 - 500 min nəfər və 100 min nəfərdən az əhalisi olan şəhərlər ayrılır. Bir çox hallarda əhalisinin sayı müxtəlif olan şəhərlərin yazılışı da fərqli formalarda göstərilir. |
|