İran İslam Respublikasının sahəsi 1641,9 min km2-dir. Ölkənin paytaxtı
Tehran şəhəridir. İran Xəzər dənizi ilə Hind okeanı arasında yerləşir. Tarixən mühüm
ticarət yolları buradan keçmişdir. Ölkənin ərazisində Elburs, Zaqros, Kopet dağları
və İran dağlıq yaylası əsas relyef formalarıdır. Ən hündür yeri Dəmavənd vulkanıdır
(5604 m). İran dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına malik olan, neft
hasilatında mühüm yer tutan ölkələrindən biridir. Bura azərbaycanlıların yaşadığı
ərazilərə aiddir. Ölkənin şimalında 35 mln. nəfərdən çox soydaşımız yaşayır.
Ermənistan Respublikasının sahəsi 29,8 min km2-dir, paytaxtı qədim
Azərbaycan torpağı olan Yerevan şəhəridir. Ölkə, əsasən, Kiçik Qafqaz dağlarında
yerləşir, ərazisinin çox hissəsi dağlar və yaylalardan ibarətdir, yarısı 2000 m-dən
yuxarıdır. Ermənistan dağlıq yaylası əsas relyef formalarına aiddir. Çayları Kür və
Araz hövzəsinə daxildir. Türkiyə və İran ilə sərhəd boyu Araz çayı axır.
Ermənistan XX əsrin 90-cı illərində
Azərbaycanın 20% ərazisini
işğal etmişdir. Əhali öz doğma
yurdlarından qovulmuşdur. 2020-ci
27 sentyabrından 10 noyabr
tarixinə qədər davam edən Vətən
müharibəsi nəticəsində bu ərazilər
işğaldan azad edilmişdir.
Dövlətimizin ərazi bütövlüyünün
bərpası ilə burada yaşayan əhali öz
doğma yurdlarına geri qayıdacaqdır.
Bunun üçün ərazilərin bərpası və
yenidən qurulması həyata keçirilir.
|
|
- Azərbaycan hansı ölkələrlə həmsərhəddir?
- Azərbaycanın coğrafi mövqeyinin hansı üstün və mənfi cəhətləri vardır?
- Qonşu ölkələrlə hansı istiqamətlərdə əlaqələr qurulur?
- Şimaldan cənuba, şərqdən qərbə nəqliyyat əlaqələrinin qurulmasında Azərbaycan
necə iştirak edir?
- Rusiya ilə İran arasında əlaqələrin qurulmasında Azərbaycan hansı rolu oynayır?
|
|
|
1 |
Azərbaycanın qonşu ölkələrlə dövlət sərhədlərini və bu ölkələrin adlarını
kontur xəritəyə köçürün.
|
2 |
Azərbaycan və qonşu ölkələrin coğrafi mövqeyini müqayisə edin. Onların oxşar
və fərqli xüsusiyyətləri haqqında fikirlərinizi yazın.
|
3 |
Qonşu ölkələrlə əlaqələrin əsas istiqamətlərini göstərən sxem hazırlayın.
|
|