Ermənistan ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisinin ayrılmaz bir hissəsidir. Ermənistanla Naxçıvan Muxtar Respublikasının sərhədi Dərələyəz və Zəngəzur dağ silsilələrindən Araz çayına qədər uzanır.
Azərbaycan cənub-qərbdə, Sədərək düzənliyində Araz çayı boyu Türkiyə Respublikası ilə həmsərhəddir. Burada sərhədlərin uzunluğu 15 km-dir. Cənubda Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədi Araz, Astara və Bolqar çaylarından, Talış dağlarından keçir.
Azərbaycan qonşu ölkələrlə əlaqələr qurmaqla yanaşı, onların arasında körpü rolunu oynayır. Rusiya ilə İran, Gürcüstan ilə Xəzərətrafı ölkələr arasında əlaqələrin qurulmasında Azərbaycanın əhəmiyyəti böyükdür. Ona görə qonşu ölkələrin öyrənilməsi də vacibdir.
Fəaliyyət:
|
Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat yollarını təhlil edin.
|
Azərbaycanın həmsərhəd olduğu ölkələr. Türkiyə Respublikasının sahəsi 779,5 min km2-dir, paytaxtı Ankara şəhəridir. Türkiyə Kiçik Asiya yarımadasında yerləşir, kiçik bir hissəsi Avropaya düşür. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunur. Belə vəziyyət onun coğrafi mövqeynin əlverişli olmasına imkan verir. Türkiyə ərazisinin çox hissəsini dağlar və yaylalar tutur, böyük əksəriyyəti 500 m-dən yuxarıdır. Ən yüksək nöqtə Ağrıdağ zirvəsidir (5137 m). Əsas faydalı qazıntılara kömür, xrom, polimetal filizləri aiddir.
Rusiya Federasiyası sahəsinə görə (17075,4 min km2) dünyanın ən böyük ölkəsidir, paytaxtı Moskva şəhəridir. Bunun nəticəsində rəngarəng təbii-coğrafi şəraitə, zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malikdir. Rusiya dünyada neft və təbii qaz hasilatına, meşə və su ehtiyatlarına, məhsuldar torpaqlarına, əhatəsində olan dənizlərin bioloji ehtiyatlarına görə qabaqcıl yerləri tutur. Ən yüksək nöqtə Elbrus zirvəsidir (5642 m).
Gürcüstan Respublikası Qara dənizin sahilində yerləşir, sahəsi 69,7 min km2- dir, paytaxtı Tbilisi şəhəridir. Ölkə Böyük Qafqazın cənub yamaclarında yerləşir. Ən yüksək nöqtəsi Şxara zirvəsidir (5068 m). Ərazisində yüksək dağlarla yanaşı, düzənlik və təpələr də vardır, qərbdə Kolxida ovalığı yerləşir. Əsas faydalı qazıntılarına manqan və mis filizləri, daş kömür, tikinti materialları aiddir, meşələr geniş ərazini əhatə edir. Əsas çaylarına Kür və İnquri aiddir. Gürcüstanın Borçalı mahalında azərbaycanlılar yaşayır. Onlar bu ərazilərdə tarixən məskunlaşmışlar.
Böyük Qafqazın Gürcüstan
ərazisi
|
Şimal-Cənub nəqliyyat dəhlizi
|
Türkiyə regionun ən böyük
turizm mərkəzlərindən birinə çevrilir. |