|
|
Tokio (Yaponiya) və Nyu-York (ABŞ) dünyanın müasir və aparıcı şəhərləridir. Hazırda Tokioda
35 mln. nəfərdən çox, Nyu-Yorkda 20 mln. nəfərdən çox əhali yaşayır.
|
Hazırda dünyanın bəzi ölkələrində ümumi əhalinin 80-90%-nə qədəri
şəhərlərdə cəmlənir. Bu ölkələr iqtisadi inkişafın yüksək səviyyəsi ilə fərqlənir.
Şəhərlər iqtisadi-siyasi, sosial-mədəni, inzibati funksiyaları yerinə yetirir. Şəhərlərdə
iş yerləri çoxdur, xidmət sahələri yüksək səviyyədə inkişaf edir, həyat səviyyəsi
yuxarıdır. Eyni zamanda, burada ekoloji, əhalinin mənzil, istilik, ərzaq təminatı,
məişət tullantılarının emalı problemləri vardır.
- Əhalinin Yer üzərində qeyri-bərabər yerləşməsinə hansı amillər təsir edir?
- Əhalinin sıx və seyrək məskunlaşdığı ərazilər harada yerləşir?
- Kəndlər əhalinin yerləşməsində hansı rolu oynayır?
- Kəndlərin və kənd əhalisinin sayının azalması nə üçün baş verir?
- Şəhərlər əhalinin yerləşməsində hansı funksiyanı yerinə yetirir?
|
|
|
1 |
Əhalinin sıx yerləşməsinə və seyrək məskunlaşmasına təsir göstərən amilləri
müqayisəli şəkildə xarakterizə edin. |
2 |
Bu prosesə təsir göstərən amillərin yaşadığınız rayonda olan əlamətləri
haqqında danışın.
|
3 |
Sərt təbii şəraiti olan ərazilərdə əhalinin yerləşməsinin yaratdığı problemləri
müəyyən edin. Şimali Afrika və Kanadanın müqayisəsi əsasında fikirlərinizi
əsaslandırın.
|
4 |
Şəhər və kəndlərin müqayisəsini əks etdirən cədvəl qurun. Burada əhalinin
sayı, istehsal edilən məhsullar, təsərrüfat sahələri, məntəqələrin əhəmiyyəti,
əhalinin məşğulluğu kimi göstəricilərdən istifadə etmək olar.
|
|