Sərt təbii şəraitə malik olan Qrenlandiya adası, Kanadanın, Rusiyanın şimalı və şimal-şərq rayonları, Mərkəzi Asiya, Tibet yaylası, Ərəbistan, Böyük Səhra, Amazon ovalığı, Avstraliyanın mərkəzi və qərb rayonlarında əhalinin sıxlığı aşağıdır. Antarktida, ucqar şimal, yüksək dağlıq və səhraların yerləşdiyi ekstremal ərazilər (mənimsənilməsi çətin olan yerlər) tamamilə məskunlaşmamış sahələrdir.
Planetimizin əhalisinin yarısı kəndlərdə yaşayır. Kənd əhalisinin əsas hissəsi kənd təsərrüfatında çalışan insanlardır. Kənd əhalisi uzun tarixi dövrlər ərzində, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Şəhərlərdən kənarda olan, əhalisinin sayı az olan və kənd təsərrüfatında məşğul olmayan məntəqələr, meşə təsərrüfatı ilə məşğul olan, nəqliyyata xidmət edən, ayrı-ayrı sənaye müəssisələri, karxanalar, kurort, istirahət zonaları, faydalı qazıntıların hasilatı ilə məşğul olan məntəqələr də kənd adlanır. Hazırda kənd əhalisinin bir hissəsi kənd təsərrüfatı məhsullarının emal edən sənaye obyektlərində, digər xidmət sahələrində çalışır.
Afrikada kənd
|
Avropada kənd
|
Çində kənd
|
Avropa, Asiya, Afrika ölkələrində olan kəndlərdə əhali qruplar halında yaşayır. Kənd məskunlaşmasının belə formasına qrup halında məskunlaşma deyilir. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, eləcə də Qərbi Avropanın bir çox ölkələrində kənd əhalisi iri fermer təsərrüfatlarında yaşayır. Ona görə də bu ərazilər üçün dağınıq kənd məskunlaşması xarakterikdir. Bu regionlarda kənd əhalisi ölkələrin bütün ərazilərinə səpələnmiş fermer təsərrüfatlarında yaşayır. Hazırda Şimali Afrikada və Ərəbistanda çox az sayda kənd əhalisi köçəri həyat keçirir.
Fəaliyyət:
|
İri şəhərlərin hansı üstünlükləri və problemləri vardır?
|