X.Kolumb
|
X.Kolumbdan sonra bura gələn Ameriqo Vespuççi bu ərazilərin Hindistan deyil, tamamilə yeni torpaqlar olduğunu iddia edir. Sonradan yeni tapılan ərazilər onun şərəfinə Amerika adlandı. Hindistana dəniz yolunu portuqallar şərq istiqamətdən axtarırdılar. Bu ölkəyə aid ekspedisiyanın üzvləri 1498-ci ildə Vasko da Qamanın başçılığı ilə Afrikanın cənubundan |
A.Vespuççi
|
İspaniyadan Hindistana dəniz yolunu tapmaq bu dövrdə hələ də vacib hesab edilirdi. 1519-cu ildən 1521-ci ilə qədər Fernan Magellan bu yolu açmaq üçün dünya səyahəti etmişdir. Onun başçılığı ilə 5 gəmidə 265 nəfərdən ibarət heyət İspaniyadan indiki Cənubi Amerikaya tərəf yola düşdü. Magellan hesab edirdi ki, materikin cənubundan o vaxtlar Böyük adlanan okeana su yolu olmalıdır. Ekspedisiya bu okeana çıxdıqda suyun sakit olmasına əsasən Magellan onu Sakit okean adlandırdı.
Fəaliyyət:
|
F.Magellanın və V.da Qamanın səyahət marşrutlarını müqayisə edin.
|
Bir neçə aydan sonra Magellanın heyəti Asiya sahillərinə yaxınlaşdı. O, Filippin adalarında yerli əhali ilə olan toqquşmada həlak oldu. Sağ qalan 18 nəfər Xuan Elkanonun başçılığı altında 1522-ci ildə vətənə qayıtdı. Səyahət nəticəsində qərbə yola düşən gəmilər şərqdən geri döndü. Bununla da Yerin kürə şəklində olması və Dünya okeanının vahidliyi sübut olundu. Onun səyahəti sonrakı dövrlərdə Yer kürəsinin öyrənilməsi və coğrafi biliklərin inkişafı üçün böyük rol oynamışdı.
XVII ərsin əvvəlində holland səyyahı Villem Yanszon Arafur dənizini keçərək Keyp-York
yarımadasının qərb
sahillərinə çatdı. Bu avropalıların
Avstraliyaya ilk gəlişi hesab
olunur. Cənub yarımkürəsində
mövcud olması fərz edilən quru
sahəsini (Avstraliyanı) XVII əsrin
40-cı illərində digər holland
səyyahı Abel Tasman öyrənmişdi.
|
F.Magellan
|
V.da Qama
|
C.Kuk
|