Fəaliyyət:
|
|
Avropa, Avstraliya və Şimali Amerikada doğum, ölüm və təbii artım aşağı olduğuna görə əhalinin sayı zəif artır, bəzən azalır. Bu ölkələrə Almaniya, İtaliya, Yunanıstan, Rusiya, İsveç, Ukrayna, Belarus aiddir.
Əhalinin sayının artımına həm də miqrasiya təsir göstərir. Miqrasiya (lat. miqratio-yerdəyişmə) insanların bir yerdən digərinə (rayondan rayona, ölkədən ölkəyə) yaşayış yerini dəyişməsidir. Ona mexaniki hərəkət də deyilir. Bu proses qədimdən indiyə qədər müxtəlif formalarda olmuşdur. Miqrasiya əhalinin sayına böyük təsir göstərir. Ölkə daxilində olan miqrasiya daxili, bir ölkədən digərinə köçərkən xarici miqrasiya adlanır. Bir çox |
ölkələrdə (Amerika
ölkələri, Avstraliya və
Yeni Zelandiya) və ölkələr
daxilində olan regionlarda
miqrantlar əhalinin əsas
hissəsini təşkil edir. Böyük
Coğrafi kəşflərdən sonra
Amerikanın avropalılar
tərəfindən mənimsənilməsi
böyük miqrasiya axınına
səbəb olmuşdur. Bu proses cəmiyyətin inkişafına, bir çox xalqların formalaşmasına
ciddi təsir göstərmişdir.
Daxili miqrasiya kənddən şəhərə, şəhərdən-şəhərə, kənddən-kəndə, şəhərdən kəndə istiqamətlənir. Daxili miqrasiyanın ən geniş yayılmış növü kənddən şəhərə miqrasiyadır. Mövsümi miqrasiya əhalinin mövsümi işlərlə əlaqədar olaraq yerdəyişməsidir. |