Dünyanın ayrı-ayrı ərazilərində relyef və iqlim şəraitinin müxtəlif olması əhalinin yerləşməsinə təsir göstərir. Bu amillər əhalinin sayını, dini və irqi mənsubiyyətinı, miqrasiyasını da müəyyən edən amillərdən biridir. Əhalinin geniş ərazilərdə məskunlaşması prosesində onlar bir-birindən ayrıca yaşayış zonalarına malik olmuşdur. Ona görə insanlar arasında irqinə, dini mənsubiyyətinə, dilinə görə fərqlər əmələ gəlmişdir. XX əsrin ikinci yarısından sonra əhalinin miqrasiyası gücləndiyinə görə eyni bir ərazidə müxtəlif mənsubiyyətə malik insanlar birgə yaşayırlar. Belə vəziyyət Avropada, Amerikada daha geniş yayılmışdır və onlar dinc, yanaşı yaşayırlar. |
|
|
Hazırda dünyada əhalinin sayı 7,9 milyard nəfərə çatır. Əhalinin sayı il ərzində 85-90 milyon nəfər artır. Bunun çox hissəsi iqtisadi cəhətdən geri qalmış ölkələrin payına düşür. Planetimizin ümumi əhalisinin təqribən yarısı Asiyada, xüsusilə də Çində və Hindistanda yaşayır.
Əhalinin təbii artımı onun sayının çoxalmasının əsas mənbəyidir. Təbii artım - doğum və ölüm arasındakı fərqdir. Onun hesabına nəsillər fasiləsiz olaraq yenilənir və bir-birini əvəz edir. Əhali arasında olan doğum, ölüm və təbii artım çox vaxt bir il üçün mütləq hesabla (nəfərlə) müəyyən edilir.
Əgər doğulanların sayı ölənlərin sayından çoxdursa, əhalinin sayı təbii artım hesabına çoxalır. Təbii artımın yüksək olduğu Afrika, Asiya, Cənubi Amerika ölkələrində əhali sürətlə çoxalır.
Yüksək | Orta | Aşağı | ||
Afrika və Asiya | Asiya, Cənubi Amerika | Avropa, Şimali Amerika | ||
Niger Keniya Zimbabve Liviya Nigeriya |
Monqolustan Filippin Banqladeş Efiopiya Misir |
Çin Hindistan Türkiyə Kuba Braziliya |
Polşa Fransa Çexiya Böyük Britaniya ABŞ |
Macarıstan Almaniya Bolqarıstan Avstriya İtaliya, Rusiya |