Sahəsi kiçik olan Monako, Vatikan, Andorra, San-Marino, Lixtenşteyn və
Lüksemburq Avropada “mikrodövlətlər” (“cırtdan dövlətlər”) hesab olunur. Bu
qrupa aid dünyanın digər regionlarında da çoxlu sayda ölkələr (Maldiv, Yamayka,
Lesoto) məlumdur.
Dünya ölkələrini bir-birindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də
onların iqtisadi inkişaf səviyyəsidir. İnkişaf səviyyəsinə əhalinin təhsil səviyyəsi,
keyfiyyətli xidmət, tibbi xidmət və s. göstəriciləri aiddir. Dünya ölkələri yüksək,
orta və aşağı inkişaf səviyyəsinə malik qruplara ayrılır
Səudiyyə Ərəbistanı -
ərəb, ölkələri arəsındə
sahəsinə görə ən
böyükdür. Bura islam dininin beşiyi və
mərkəzidir. Ölkədə olan
böyük neft ehtiyatlarının
hasilatı əldə edilən
gəlirlərin 90%-ni təmin
edir(ildə 94 mlrd. dollar).
Bunun hesabına inkişaf etmiş təsərrüfat sistemi və xidmət
sahələri qurulmuşdur.
|
Ərəbistan yarımadası ölkələri
|
Neft ixrac edən ölkələrə Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman, Liviya
və Bəhreyn aiddir. Az vaxtda əldə edilmiş yüksək gəlirlər hesabına bu ölkələrdə
köçəri həyat sürən əhalinin həyat tərzi dəyişmiş, şəhərlərə köçürülmüşdür. Bu
ölkələrdə yeni şəhərlər salınmış, təhsil və səhiyyə yüksək səviyyədə inkişaf etmişdir
- Ölkələr hansı göstəricilərə görə fərqlənir?
- Ölkələrin əhalisinin çox olması və ərazisinin böyüklüyü iqtisadi inkişafa necə
təsir edir?
- Təbii ehtiyatlarla təminat ölkələrin inkişafına necə təsir göstərir? Onların arasında
neft hansı rolu oynayır?
|
|
|
1 |
Əhalisi çox və ərazisi böyük olan ölkələrin iqtisadi inkişafını müqayisə edin.
Burada olan uyğunluğu müəyyən etməyə çalışın. |
2 |
Mətndə adı çəkilən ölkələri xəritədə tapın. Onların adını kontur xəritəyə
köçürün.
|
3 |
Başlanğıc meridian və ekvator üzərində yerləşən ölkələrin yerini müəyyən
edin.
|
|