Onlar dövlətləri göstərmək üçün istifadə olunur. 1900-cü ildə Yer kürəsində cəmi 55 müstəqil dövlət olmuşdur. Hazırda dünyada olan 230-dək ölkə və ərazinin 194-ü suveren (müstəqil) dövlətdir. Dövlət – qəbul edilmiş müəyyən sərhədlərə, idarəetmə orqanlarına, rəmzlərə (bayraq, gerb və himn), özünəməxsus qanunlara malik olan ərazilərdir. Dövlət siyasi hakimiyyət orqanlarına malikdir, onların köməyi ilə idarəetmə funksiyasını yerinə yetirir.
İlk dövlətlər cəmiyyətin qəbilə halında yaşayış tərzindən siniflərin meydana gəlməsi mərhələsinə keçid dövründə, qədim Misirdə və Mesopotamiyada meydana gəlmişdir. Sonrakı dövrlərdə mövcud olmuş dövlətlərə Karfagen, Babilistan, Yunanıstan, Roma, Çin, Hindistan aid edilə bilər. Qədim dövrdə indiki Azərbaycanın ərazisində Manna, Midiya, Atropatena, Albaniya kimi dövlətlər mövcud olmuşdur.
Hər bir ölkənin paytax şəhəri kimi şəhər müəyyən edilir, burada dövlətin idarəetmə orqanları, xarici ölkələrin nümayəndəlikləri yerləşir. Məsələn, Azərbaycanın paytaxtı Bakı şəhəri, Türkiyənin paytaxtı Ankara şəhəri, Rusiyanın paytaxtı Moskva şəhəri, Böyük Britaniyanın paytaxtı London şəhəri, Fransanın paytaxtı Paris şəhəridir.
Bakı şəhəri
|
Moskva şəhəri
|
London şəhəri
|
Ankara şəhəri
|
Fəaliyyət:
|
Xəritədə paytaxt şəhərlərini tapın və kontur xəritədə dairə ilə yerlərini qeyd edin.
|
Siyasi xəritələrdə hər bir ölkənin paytaxtı və iri şəhərlərin adı xüsusi işarələrlə göstərilir. Ölkələr, ilk növbədə, ərazisinə görə bir-birindən fərqlənir. Dünyanın nəhəng dövlətlərinə Avrasiyada Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Şimali Amerikada ABŞ və Kanada, Cənubi Amerikada Braziliya və Argentina aiddir. Avstraliya da ərazisi böyük olan ölkələr sırasına daxildir. Bununla yanaşı, ərazisi kiçik olan dövlətlər də mövcuddur.
Ərazisi böyük olan ölkələr (ölkələrin sahəsi mln. km2 ilə verilir)