|
Coğrafi kəşflər bizim planetdə insan cəmiyyətinin bütün tarixi boyu olmuşdur. XV əsrdə avropalıların təsəvvüründə dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsindən ibarət idi. Hindistan və Çin Şərqin ən varlı ölkələri hesab olunurdu. Avropalılar bu ərazilərə çatmaq üçün dəniz yolu axtarırdılar və nəhayət, XV əsrin sonunda tapdılar. |
|
XV əsrin sonlarına yaxın Avropa ölkələrində yeni inkişaf dövrü başlandı. Ona görə digər ölkələrlə ticarət əlaqələrini genişləndirmək tələb olunurdu. Bu işdə dəniz ticarəti əsas rol oynamalı idi. Avropada olan ölkələr arasında İspaniya və Portuqaliya dənizçiliyin inkişafına görə fərqlənirdi. Onlar güclü donanmaya, mahir dənizçilərə malik idilər. Bunu nəzərə alaraq İspaniya və Portuqaliya dənizçiləri əsas ticarət mərkəzi hesab edilən, qızıl və ədviyyatın çox olduğu Hindistana dəniz yolunu axtarmağa çıxdılar. Bununla da Böyük coğrafi kəşflər dövrü başlandı. Bu dövr XVII əsrin ortalarına qədər davam etmişdi.
Yerin kürə şəklində olmasına əsaslanan Xristofor Kolumb hesab edirdi ki, Avropadan qərbə üzməklə Hindistana çata bilər və bu yol daha qısadır. İspan dənizçiləri X.Kolumbun başçılığı altında 1492-ci ildə Hindistana getmək üçün qərbə tərəf yola düşürlər. İki aydan sonra, üfüqdə torpaq göründü. Bura indiki Baham adaları idi.
X.Kolumb sonradan yeni torpaqlara 3 dəfə səyahət etmişdir. O, ömrünün sonuna qədər əmin idi ki, Hindistana çatmışdır. Ona görə də burada yaşayan yerli əhalini hindular, torpaqları isə Vest-Hind adlandırdı.
X.Kolumbun karavellası
|
X.Kolumbun birinci səyahət marşrutu
|