Onlar həmin vərəqlərin ölçüsündə olan şəbəkəyə qoyulur. Vərəqlərin arasında bir neçə kağız vərəq və ya pambıqla örtülü kağız yerləşdirilə bilər. Bir şəbəkədə 15-20 vərəq qoyula bilər. Sonra iplə möhkəmləndirilməlidir.
Herbarilərin düzülməsi. Hazır bitki nümunələri artıq qurudulmuş olur, kağızda yerləşdirilir. Bunun üçün qalın rəsmxət kağızı vərəqlərindən istifadə etmək olar. Vərəqlərin ölçülərini eyni olmaqla 30 x 45 sm hazırlamaq mümkündür. Onlar eyni ölçüdə olarsa, saxlanması asanlaşır. Bitkilər vərəqə nazik kağız parçaları ilə, yapışqanla bərkidilir.
Herbarinin saxlanması. Hazırlanan herbari nümunələri 15-20 vərəqlik qovluqlarda yığılır. Bu zaman çalışmaq lazımdır ki, onların kökləri müxtəlif tərəflərə yönəlmiş olsun. Bu zaman vərəqlərin bükümü eyni ölçüdə olur, vərəqlər və onlara bərkidilmiş bitkilər əyilmir. Bu vərəqləri karton qovluqlarda saxlamaq daha əlverişlidir. Bu qovluqlar iki qalın kartondan və ya fanerdən hazırlana bilər. Bitkiləri sistemli şəkildə, məsələn, növlər üzrə yığmaq olar, Onların adını üzərində qeyd etməklə sonradan istifadəni asanlaşdırmaq olar. Qovluqlar xüsusi quru yerlərdə saxlanılır. Vaxtaşırı olaraq onların havalandırılması tələb olunur.
|