Nadir heyvanların, nəsli kəsilməkdə olan və artıq nəsli kəsilmiş bitki və
heyvan növlərinin adı Qırmızı Kitaba salınır. Belə bitki və heyvan növlərinin
mühafizəsi məqsədilə müxtəlif tədbirlər görülür. Dünyada canlı orqanizmlərin
və bitki sahələrinin qorunması üçün ümumi sahəsi 19 mln. km2 olan qorunan
ərazilər ayrılmışdır. Onların ümumi sayı 100 mindən çoxdur. Xüsusi qorunan
təbiət ərazilərinə milli parklar, təbiət parkları, qoruqlar, yasaqlıqlar aiddir. Belə
ərazilər Azərbaycanda da təşkil olunmuşdur.
- İnsanlar nə üçün yaşadığı ərazilərdə ətraf mühiti dəyişirlər?
- Cəmiyyətin təbiətə təsiri hansı nəticələrə gətirib çıxarır?
- Təbiətin dəyişdirilməsi hansı ərazilərdə müsbət, hansı sahələrdə zərərli
istiqamətlərdə olur?
|
|
|
1 |
Təbiətə təsir nəticəsində baş verən hadisələrin ardıcıllığını müəyyən edin:
- ərazilərin əkin sahəsinə çevrilməsi;
- suvarma şəbəkəsinin yaradılması;
- onlardan qidalanan çaylarda suyun səviyyəsinin aşağı düşməsi;
- bitki və heyvanat aləminin sıradan çıxması;
- suların səviyyəsinin aşağı düşməsi və qurudulması.
|
2 |
Mətndən istifadə edərək təbiətə təsirin əsas istiqamətlərini əks etdirən sxem
qurun.
|
3 |
Meşələrin qırılması nəticəsində baş verə biləcək hadisələrin ardıcıllığını
göstərin. Onların səbəblərini izah edin.
|
4 |
Sxemə əsasən, insanın təbiətə təsirinin əsas istiqamətləri haqqında
fikirlərinizi yazın.
|
|