Yerin bəzi sahələrində bitki örtüyünün məhv edilməsi canlı orqanizmlərin yaşayış mühitinin pozulmasına və ekoloji problemlərin yaranmasına səbəb
olur. Dünya okeanında su çirkləndiyi üçün
yaşayış mühiti pozulmuşdur. Neft, kimyəvi
maddələr, radioaktiv elementlərlə çirklənmə
quru və su sahələrində bitki-heyvanat
aləminin mövcudluğu üçün ciddi təhlükələr
yaradır.
Hər il dünyada 20 milyon hektara yaxın meşə sahəsi qırılır. Nəticədə həmin ərazilərdə təkcə bitki örtüyü deyil, həm də heyvanat aləmi məhv olur. Nadir heyvanların ovlanması, balıq ovunun genişlənməsi onların sayının kəskin azalmasına gətirib çıxarır. |
Aparılan hesablamalar göstərir yj
ki, Yer səthinin 63%-də biosfer
komplekslərinin tarazlığı pozulmuşdur.
Bunun 2/3 hissəsi XX əsrdə
baş vermişdir. Cənubi və Cənub-Şərqi
Asiyanın geniş ərazilərinin 7%-dən
az bir hissəsində toxunulmamış təbii
ərazilər qalmışdır. ABŞ, Kanadanın
cənubu və Meksikanın şimalında
cəmi 5% sahə özünün ilkin tarazlığını
qoruyub saxlamışdır.
|
Fəaliyyət:
|
Biosferin mühafizəsi üçün daha hansı tədbirlərin həyata keçirilməsi tələb olunur?
|