Suvarılan əkin sahələri
|
Yamaclarda terraslar
(yaruslar) qurmaqla yaradılan əkin sahələri |
Torpaqlardan səmərəsiz
istifadə ilə onun yararsız hala düşməsi |
Heyvanların otarılması
ilə bitki örtüyünün tükənməsi |
Fəaliyyət:
|
Şəkillərə əsasən kənd təsərrüfatı sahələrini təhlil edin. Bu sahənin ətraf mühitə təsiri
haqqında fikirlərinizi deyin.
|
İsti və quraqlıq ərazilərə normadan artıq su verilməsi yeraltı suların qalxmasına, ərazilərin bataqlıqlara çevrilməsinə səbəb olur. Bataqlıqların qurudulması onlardan başlanan çayların qurumasına və ya suyunun azalmasına gətirib çıxarır, bitki örtüyü məhv olur.
Hər il dünyada milyonlarla hektar sahədə meşə massivləri qırılır. Nəticədə torpaqlar yuyulur, yeraltı suların səviyyəsi aşağı düşür, bulaqlar quruyur, oksigen alınması zəifləyir, torpaqda rütubət toplana bilmir. Torpaqların yuyulması nəticəsində əmələ gələn süxurlar çayların aşağı axarlarında, su anbarlarında toplanır, onların lillənməsi güclənir.
Bir sutkada hər nəfər üçün istifadə edilən suyun həcmi 1 m3-dir.
Bütün iri şəhərlərdə şirin su ilə təminatda çətinlik vardır. Onların əksəriyyətinə su uzaq məsafədən gətirilir.
Kənd rayonlarına nisbətən şəhərlərdə hər nəfərə görə 10 dəfədən çox su istehlak olunur.
Su hövzələrinin çirklənməsi fəlakətli həddə çatır
İri şəhərlərin havası qaz və tozla normadan 10 dəfə artıq çirklənir.
Şəhər və kəndlərin sayının artması, zavod və fabriklərin tikilməsi, geniş yolların, boru kəmərlərinin, elektrik verilişi xətlərinin çəkilməsi torpaq sahələrinin zəbt olunmasına gətirib çıxarır. Faydalı qazıntılar çıxarılan ərazilərdə təbii mühit tamamilə dəyişir, çox vaxt mənfi istiqamətdə dəyişdiyinə görə geniş ərazilər istifadəyə yararsız hala düşür. Məsələn, Abşeron yarımadasında uzun illərdir ki, neft və təbii qaz hasilatının aparılması ərazinin həddən artıq çirklənməsinə, torpaqların istifadəyə yararsız hala düşməsinə səbəb olmuşdur. Yüksək səviyyədə çirklənmə və ekoloji gərginlik Xəzər dənizinin sahil zonalarında da müşahidə olunur.