Ekvatorial və tropik meşələrin bitki-heyvanlar aləmi
Bəbir |
Qorilla |
Tənbəl |
Cəngəllik |
Begemot |
Tutuquşu |
Amazon meşələri |
Fil |
Fəaliyyət:
|
Ekvatorial enliklərdə meşələrin daha sıx olmasının səbəbini izah edin.
|
Tropik enliklərin şərqində zəngin növ tərkibinə malik meşələr yaranmışdır.
Onlar, əsasən, okeanlardan gələn rütubətin hesabına yaranır. Burada otyeyən və
yırtıcı heyvanlar yaşayır. Fil, kərgədan, meymun, müxtəlif növ quşlar, çaylarda
timsah, begemot yaşayır.
- Geniş ərazilərdə meşələrin yaranması üçün hansı coğrafi enliklərdə şərait vardır?
- Meşələrdə ağacların növ tərkibi təbii şəraitdən asılı ola bilərmi?
- Ekvatorial meşələrin növ tərkibinin müxtəlifliyinə səbəb nədir?
- Mülayim enliklərdə şimaldan cənuba doğru ağacların növ tərkibi necə dəyişir?
- Meşələr heyvanların həyat tərzinə necə təsir göstərir?
|
|
|
1 |
Tropik və ekvatorial meşələrə aid xüsusiyyətlərə görə Venn diaqramını
tamamlayın:
- Materiklərin şərqində geniş sahə tutur
- Amazon ovalığı və Afrikanın mərkəzində yerləşir.
- Meşələr isti və rütubətli iqlim şəraitində əmələ gəlir.
- Meşələr yaruslar formasında yerləşir
- Okeanlardan gələn hava axınları hesabına əmələ gəlir.
|
2 |
Ağacların növ tərkibinin adından istifadə edərək meşələrin fərqli
xüsusiyyətlərini əks etdirən sxem qurun.
|
3 |
Ekvatorial meşələrdə yarusların yaranmasını əks etdirən sxem qurun.
|
|