Gecələr isə hava soyuyur, temperatur 10-20°C-yə qədər düşür. Ona görə də
gecə və gündüz arasındakı temperatur fərqi çox böyükdür. Buna buludluğun aşağı
olması da şərait yaradır. Bu səbəbdən, yağıntılar çox az düşür. İl ərzində 50-100 mm
yağıntı düşür, bəzi səhralarda isə illərlə yağıntı olmur. Ona görə də bitki örtüyü çox
seyrəkdir, quraqlığa dözümlü kollar və otlardan ibarətdir.
Səhralarda yeraltı sular dərində yerləşir, çox halda şor sulu olur, çay şəbəkələri
yoxdur. Buranın heyvanlar aləmi susuz, isti və quru şəraitə uyğunlaşır. Onların çoxu
sürünən və gəmiricilərdir (ilan, kərtənkələ, əqrəb). Bəziləri su və yemək dalınca
sürətlə qaça bilir. Heyvanların bir çoxu gündüzlərin yandırıcı istisindən qorunmaq
üçün qumun altında gizlənir və gecə həyat tərzi sürür.
- Təbii komponentlər nədir? Təbii komponentlərin bir-birindən
asılı olması hansı dəyişikliklərə səbəb olur?
- Qütb enliklərində bitki örtüyü və heyvanlar aləminin kasıb olmasının səbəbi nədir?
- Arktika və Antarktika səhralarının əsas xüsusiyyətləri və fərqli cəhətləri özünü nədə
göstərir?
- Tropik səhralarda əmələ gələn şərait heyvanların həyat tərzinə necə təsir göstərir?
|
|
|
1 |
Təbii komponentlərin adlarını göstərən sxem qurun. |
2 |
Verilmiş sxem əsasında təbiətdə baş verə biləcək hadisələr hissəsini doldurun:
Meşələrin qırılması və bataqlıqların qurudulması.
Hadisələr |
Harada
yerləşir |
Baş vermə
səbəbi |
Bitkilərə
təsiri |
Heyvanlara
təsiri |
Torpağa
təsiri |
Aradan
qaldırmaq
olarmı?
Əsas yolları |
|
3 |
Arktika və Antarktika səhralarına aid xüsusiyyətlər əsasında Venn diaqramını
doldurun.
- Ağ ayı və qütb tülküsü yaşayır
- Mərkəzi hissələrdə bitki və heyvanat aləmi yoxdur
- Bitki və heyvanat aləminin kasıb olması ilə fərqlənir
- Yayda bu ərazilərə köçəri quşlar gəlir
- Əsas heyvanlar arasında pinqvinlər üstünlük təşkil edir.
|
|
|
4 |
Arktika və Antarktika səhralarının müqayisəsini əks etdirən sxem qurun.
Bunu ərazilərin temperaturu, yağıntısı, bitki örtüyü, heyvanlar aləmi, torpaq
örtüyünün müqayisə edilməsi əsasında yerinə yetirmək olar.
|
5 |
Tropik səhraların təbii şəraitini, bitki-heyvanat aləmini təsvir edin.
|
|