Fırtına quşu | Dəniz pişiyi |
Dəniz fili | Suiti |
Cənub yarımkürəsində Antarktida materiki və ətraf suları əhatə edən ərazilərdə də oxşar təbii şərait əmələ gəlir. Materikdə qida mənbələri olmadığına görə, əsas heyvanlar olan pinqvinlər, suiti, bəzi quş növləri sahil sularında olan balıqlar və planktonlar hesabına qıdalanır. Bura Antarktika səhraları zonasıdır.
Fəaliyyət:
|
Antarktidada heyvanlar aləminin kasıb olmasının səbəblərini izah edin.
|
Qütb səhralarında iyun, iyul, avqust aylarını əhatə edən qış fəslində havanın temperaturu -60-70°C-yə qədər aşağı düşür, yayda isə sahil sularında -30-40°C şaxta olur. Belə sərt hava şəraitinə dözmək üçün heyvanların dərisinin altında qalın piy qatı vardır, pinqvinlər isə çox sıx tük örtüyünə malikdir.