Şimal və Cənub coğrafi qütblərində yerləşən Arktika və Antarktika səhralarında temperaturun aşağı olmasına səbəb ilin çox hissəsində günəş işığı və istiliyinin qısa müddətdə olması, şüaların düşmə bucağının aşağı olması ilə əlaqədar az istilik almasıdır. Bu ərazilərdə havanın temperaturunun aşağı kəmiyyəti torpaq və bitki örtüyünün yaranmasına imkan vermir. Geniş ərazilər ilin çox hissəsində qar və buzla örtülü olur.
Şimal qütb rayonlarını əhatə edən Arktikada sərt iqlim şəraitində bitki örtüyü və heyvanlar aləmi kasıbdır. Burada iyul-avqust aylarını əhatə edən qısa və sərin yay dövründə müəyyən ərazilər qar və buzdan azad olur. Bu ərazilərdə mamır, şibyə və yosunlardan ibarət seyrək bitki örtüyü əmələ gəlir. Onların qalıqları aşağı temperatur şəraitində çürüyə bilmir. Ona görə torpağın əmələ gəlməsi üçün şərait yoxdur, üzvi qalıqlar toplana bilmir.
Arktikanın əsas heyvanlarına ağ ayı, morj, suiti, qütb tülküsü və qütb bayquşu aiddir. Yayda bəzi köçəri quş növləri uçub gəlir. Heyvanların əksəriyyəti dəniz məhsulları ilə qidalanır.
Ağ balina | Mamır və şibyə | Morj |
Qütb tülküsü | Ağ ayı | Su süpürən |
Fəaliyyət:
|
Arktikada heyvanların xarici görünüşünün təbii şəraitlə əlaqəsi varmı?
|