Dağların yamaclarında meşələr salmaqla, yaşayış məntəqələrində yaşıllığı artırmaqla, əkin sahələrində torpağa qulluq etməklə qorunur, məhsuldarlığı yüksəlir. Digər tərəfdən meşələrin qırılması, şoranlaşma nəticəsində torpaqlar istifadəyə yararsız hala düşür, onların üst münbit qatı yuyulur, formalaşması ləngiyir.
Torpaq qatı üçün onun hansı dağ süxurları üzərində formalaşması vacibdir. Dağ süxurları torpağın əsasını təşkil edir, onun üzərində yaranır və ana süxurlar adlanır. Bu süxurlara daha çox çökmə mənşəli qum, gil, lil, lyos aiddir.
Torpağın əmələ gəldiyi təbii-coğrafi şərait ayrı-ayrı ərazilərdə fərqli olduğu üçün onlar üfüqi istiqamətdə və dağların yamacında hündürlüyə doğru dəyişir.Bu istiqamətdə torpağın dəyişməsi istilik və rütubətlənmənin nisbətindən asılıdır.
Fəaliyyət:
|
Torpağın və bitki aləminin dəyişmə səbəblərini izah edin.
|
Dağlara doğru hündürlük artdıqca temperatur və yağıntıların miqdarı dəyişir. Ona görə bu istiqamətdə torpağın növünün dəyişməsi hündürlüyə görə paylanma adlanır. Bu halda dağların ətəyində və orta hündürlükdə torpağın məhsuldarlığı yüksək olur.
Torpağa rənginə, üzərində bitən bitkilərə və ya onların hər ikisinə görə ad verilir. İstilik və rütubətlənmənin nisbətindən asılı olaraq qara, qırmızı, sarı, boz, boz-qonur, şabalıdı, qəhvəyi, qonur, küli (podzol) torpaqlar əmələ gəlir. Onların yayılmasında kəskin fərqlər vardır.
|
|