Təbii ekosistemlər
Seyrək meşə
|
Ekvatorial meşə
|
Tropik meşə
|
Canlı orqanizmlər yaşadığı mühitdə təbiətin digər komponentləri ilə qarşılıqlı
əlaqədə olurlar. Bu əlaqələr prosesində canlı orqanizmlər ətraf mühiti daim
dəyişirlər. Ətraf mühitin dəyişməsində insanlar daha mühüm rol oynayır. Onların
həyat və təsərrüfat fəaliyyəti nəticəsində yaradılan şəhərlər, kəndlər, yollar, əkin
sahələri, zavodlar və fabriklər ətraf mühitin dəyişməsinə gətirib çıxarmışdır.
- Yerdə canlıların yaşaması üçün hansı vacib komponentlər vardır?
- Yerin təbəqələrində canlılar hansı sahələrə qədər yayılır?
- Nə üçün okeanların bütün sahələrində canlılar yayılır?
- Canlılar təbii mühitə uyğunlaşaraq necə dəyişir?
|
|
|
1 |
Biosferə daxil olan elementlərin tərkibini göstərən sxem qurun. |
2 |
Sxemdən istifadə edərək Yerin təbəqələri üzrə canlıların yayılma sərhədlərini
göstərin.
|
3 |
Sxem əsasında orqanizmlərin yaşadığı mühitdə çatışmayan təbii elementləri
və onların uyğunlaşmasına aid misallar göstərin.
|
4 |
Atmosferin troposfer qatında və okeanların dərin sahələrində olan canlılar
haqqında məlumatlar toplamağa çalışın.
|
5 |
Yerin quru və su sahələrində yaşayış mühitinin fərqli xüsusiyyətləri haqqında
fikirlərinizi yazın.
|
|