Ayrı-ayrı ərazilərdə, məsələn, meşələrdə, çəmənliklərdə, kolluqların yayıldığı ərazilərdə bu müxtəliflik yaranır. Bəzi sahələrdə, məsələn, səhralarda, qütblərə yaxın buzlaq sahələrində canlı aləm kasıbdır. Onların yaşaması və yayılması üçün əlverişli şərait yoxdur. Litosferdə 3-4 km dərinliyə qədər qazılmış neft quyularında bakteriyalar aşkar edilmişdir. Bura biosferin aşağı sərhədi hesab olunur. Atmosferdə, troposferin yuxarı sərhədlərinə qədər sahələrdə də bakteriyalar mövcuddur. Belə yüksəklik biosferin yuxarı sərhədi kimi qəbul olunur. Hidrosferdə bitkilərin yayılması kiçik əraziləri əhatə edir. Okeanlarda və dənizlərdə əsas bitkilər olan dəniz kələmi və yosunlar günəş işığının keçdiyi 400 m dərinliyə qədər yayılır. Heyvanlara isə Dünya okeanının bütün sahələrində rast gəlinir. Hətta Marian çökəkliyinin dərin sahələrində belə özünəməxsus formaya və yaşayış tərzinə malik balıqlar yaşayır. Günəş işığı, istilik, rütubətlənmə şəraiti təbiətin əsas komponentləridir. Canlı orqanizmlərin yaşaması və yayılması onlardan asılıdır. Bu komponentlərdən hər hansı biri olmasa, canlı aləmin yayılma arealı azalır, növ tərkibi zəif olur. |
Fəaliyyət:
|
Sxemə əsasən, biosferin hündürlüklər üzrə təhlilini aparın.
|
Canlı orqanizmlər təbii mühitə uyğunlaşmaq qabiliyyətinə malikdir. Bu zaman onlar istiyə, susuzluğa və ya həddən artıq soyuğa uyğunlaşır, az qida qəbul edir, bəzi heyvanlar (ayı) qış yuxusuna gedir. Səhralarda bəzi sürünənlər gündüzlər qumun
altında gizlənir. Canlıların
mövcud olduğu ətraf
aləm onlar üçün yaşayış
mühitini əmələ gətirir.
Orqanizmlərin bir-biri
ilə və onları əhatə edən
ətraf mühitlə qarşılıqlı
əlaqəsi nəticəsində təbii
ekosistemlər yaranır.
Onlar bir-birindən coğrafi
şəraitinə, bitki-heyvanat
aləminə görə fərqlənir.
|
Su ekosistemi
|