|
Yer, Günəş sisteminin digər planetlərindən fərqli olaraq, canlı aləmə malikdir. Onların mövcud olması üçün burada əlverişli yaşayış mühiti, qidalanma, çoxalma və yayılma imkanları vardır. Bununla yanaşı, Yer üzərində canlılar qeyri-bərabər yayılmışdır. Həmçinin, Yer səthinin heç də bütün sahələrində canlı aləmin müxtəlifliyinə rast gəlmək olmur. |
|
Biosfer Yerin canlı təbəqəsidir. Yerdə olan canlılara bitkilər, heyvanlar, bakteriyalar və göbələklər daxildir. İnsanlar da biosferin tərkib hissəsidir. Canlılar litosferdə, atmosferin aşağı qatlarında və bütün hidrosferdə mövcuddur. Canlı orqanizmlərin əsas hissəsi Yer səthində yayılır. Burada Yerin digər təbəqələri ilə qarşılıqlı əlaqələr daha genişdir, yayılma arealları böyükdür, daha əlverişli şərait vardır. Ona görə yayılan bitki və heyvanların növ tərkibi müxtəlifdir.
|
Fəaliyyət:
|
Sxemə əsasən, biosferin tərkib hissələri arasında əlaqələri müəyyən edin.
|