1984, Sentyabr 2016, Sentyabr
Arktikada buz sahəsi azalır.
Yeraltı sular
Yer qabığının yuxarı hissəsində (13-14 km-ə qədər) olan
süxurların məsamələrində və boşluqlarında olan sulardır. Yeraltı sular başlıca
olaraq yağış və ərinti sularının yerin dərinliklərinə sızması hesabına əmələ gəlir.
Bu
sular sukeçirən və suyadavamlı laylar
arasında formalaşır.
Yeraltı sular quyu qazılarkən
təzyiqlə səthə çıxırsa, onlara artezian
suları deyilir. Dağlıq və dağətəyi
sahələrdə bulaqlar əmələ gəlir.
Səhralarda olan alçaq sahələrdə vahələr
yerləşir. Bulaqlardan çıxan suların
tərkibində qazlar və duzlar həll olursa,
onlara mineral bulaqlar deyilir. Bu
sular müalicəvi əhəmiyyətə malikdir.
Azərbaycanda Badamlı, Sirab və İstisu
mineral bulaqları vardır.
|
Antarktidada buz örtüyü
|
- Quru sularına hansı su obyektləri daxildir?
- Quru sularının təsərrüfat əhəmiyyəti nədən ibarətdir?
- Yeraltı sular hansı formalarda yer səthinə çıxır?
|
|
|
1 |
Mətndə adları çəkilən göllərin adlarını xəritədə tapın. Onları kontur xəritədə
qeyd edin. |
2 |
Yaşadığınız ərazidə quru sularına daxil olan hansı su obyektləri vardır?
Onların təsərrüfat əhəmiyyəti haqqında fikirlərinizi yazın.
|
3 |
Mətndə verilən şəklə əsasən Arktikada buzların sahəsinin azalması haqqında
danışın. Bu prosesin səbəbini izah edin.
|
4 |
Yeraltı suların əhəmiyyəti haqqında məlumat toplayın.
|
|