|
|
Dünyada ən böyük göllər
sistemi Şimali
Amerikada yerləşir.
|
Xəzər dünyada sahəsinə
görə birinci yeri tutur.
|
Bataqlıqlar
Yer səthinin şirin və ya şor suları ilə ifrat dərəcədə rütubətlənmiş
və 30 sm-dən çox olan torf layı ilə örtülmüş sahələridir. Bataqlıqlar göllərdə suyun
azalması və çöküntülərlə dolması, yağıntının çox düşməsi, yeraltı suların səthə
çıxması, daşqın, hadisəsi zamanı ətraf ərazilərdə subasma hadisəsi zamanı yaranır.
Bataqlıqlarda bitkilər məhv olur, çürüyür, əmələ gələn qalıqlar toplanaraq torfa
çevrilir. Bataqlıqlar əsasən soyuq ərazilərdə geniş yayılır.
Buzlaqlar
il ərzində havanın temperaturunun 0°C-dən aşağı olduğu yüksək
dağlıq və qütb rayonlarında toplanan və yavaş-yavaş hərəkət edən buz kütləsidir.
Buzlaqlar dağ və örtük formasında toplanır. Dağ buzlaqları dağların zirvələrində,
qar xəttindən yuxarıda, qarın toplanması üçün əlverişli relyef şəraiti olan ərazilərdə
yaranır. Ən böyük dağ buzlaqlarına Alyaska, Himalay, Pamir, Qafqaz, Hinduquş və
Tyan-Şan dağlarında rast gəlinir.
Yer kürəsində olan buzlaqların 98,5%-i örtük buzlaqlarıdır. Onların çoxu
Antarktida və Qrenlandiyada toplanır.
|
|
Baykal gölündə dünyanın şirin
su ehtiyatının 20%-i toplanır.
|
Bataqlıq
|