Dünyanın ən böyük çaylarına Amazon, Konqo, Yantszı, Xuanxe, Nil, Ob, Yenisey, Volqa, Dunay, Missisipi, Parana aiddir. Onlar axdığı ərazilərdə böyük təsərrüfat əhəmiyyətinə malikdir.
Fəaliyyət:
|
Adları verilən çayları xəritədə tapın. Onların hansı ölkələrdən keçdiyini müəyyən edin.
|
Göl - təbii çökəklikdə yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsidir. Yer kürəsində göllərin ümumi sahəsi 2,7 mln. km2-dir. Bu da Yerin quru sahəsinin 1,8%-i deməkdir. Yer üzündə ən böyük göl Xəzər, ən dərin göl isə Baykal (dərinliyi 1620 m) gölüdür.
Göllər mənşəyinə görə tektonik, vulkanik və ya krater, buzlaq, meteorit, axmaz, uçqun və ya bənd, qalıq və ya relikt qruplara ayrılır.
Mənşəyi | Adı |
Tektonik | Xəzər, Aral, Baykal, Yuxarı, Tanqanika, Nyasa, İssık-Kul, Balxaş |
Axmaz | Hacıqabul, Sarısu, Ağgöl |
Buzlaq | Tufangöl |
Vulkanik | Yava, Yeni Zelandiya adaları və Kamçatka yarımadasındakı göllər, məs., Kamçatkada Kronotsk gölü. |
Uçqun-bənd | Göygöl və Maralgöl |
Göllər atmosfer yağıntılarının, çayların və yeraltı suların hesabına qidalanır. Su rejiminə görə göllər axarlı və axarsız olur. Şorsulu göllərdən xörək duzu və başqa qiymətli maddələr çıxarılır.
Göllər | Sahəsi, min km2 |
Yerləşdiyi materik |
Xəzər | 376,0 | Avrasiya |
Yuxarı | 82,4 | Şimali Amerika |
Viktoriya | 68,0 | Afrika |
Huron | 59,6 | Şimali Amerika |
Miçiqan | 58,0 | Şimali Amerika |
Tanqanika | 34,0 | Afrika |
Baykal | 31,5 | Avrasiya |
Nyasa | 30,8 | Afrika |
Fəaliyyət:
|
Adları verilən gölləri xəritədə tapın. Onları yerləşdiyi ölkələrə görə qruplaşdırın.
|