Avrasiya ən böyük materikdir. Bu materik Şimal yarımkürəsində yerləşir, Avropa və Asiya hissələrinə ayrılır. Avrasiya materikini bütün okeanlar əhatə edir. Materikin Avropa hissəsində əhali sıx məskunlaşıb.
Afrika sahəsinə görə ikinci materikdir. Şimali Amerika və Cənubi Amerika materikləri Qərb yarımkürəsində yerləşir. Ən soyuq materik Cənub qütbündə yerləşən Antarktidadır. Buzlu səhra hesab olunan bu materikdə yalnız pinqvinlər yaşayır. Avstraliya sahəsinə görə ən kiçik materikdir.
Madaqaskar adası
|
Kuril adaları
|
Böyük Sədd rifi
|
Sakit okeanda çoxsaylı adalara rast gəlinir. Bunlardan ən böyükləri Malay, Yapon, Filippin, Kuril arxipelaqları, Yeni Zelandiya, Kalimantan, Sumatra, Yava, Tasmaniya adalarıdır. Sakit okeanın mərkəzi və cənub-qərb hissəsində yerləşən adalara Okeaniya deyilir. Sakit okeanla müqayisədə Atlantik okeanında adalara az rast gəlinir. Onların arasında ən böyük adalara Böyük Britaniya, İrlandiya, İslandiya və Kubanı aid etmək olar. Hind okeanında adalar digər okeanlara nisbətən azdır. Ən böyük adalara – Madaqaskar, Şri-Lanka aid edilir. Şimal Buzlu okeanında kiçik adalar çoxdur. Okeanın Şimali Amerika sahillərində dünyanın ən böyük arxipelaqlarından biri olan Kanada Arktikası arxipelaqı yerləşir.