Təbiətdə suyun dövranı
Fəaliyyət:
|
Şəkil-sxemə əsasən, təbiətdə suyun kiçik və böyük dövranını şərh edin.
|
Təbiətdə suyun dövranı atmosfer, hidrosfer və litosfer arasında mürəkkəb
qarşılıqlı əlaqə yaradır. Suyun dövranı prosesində su buxarı ilə yanaşı, okeanların
qəbul etdiyi günəş istiliyinin də xeyli hissəsi quruya gətirilir. Nəticədə quruda
havanın temperaturu yüksəlir. Okeanlara qayıdan sular özü ilə quruda olan mineral
maddələri, həll olmuş duzları, yuyulmuş süxurları da aparır. Bu proseslər yer
səthində relyef formalarının əmələ gəlməsinə və dəyişməsinə səbəb olur.
- Təbiətdə suyun dövranının əhəmiyyəti nədir?
- Təbiətdə suyun dövranının baş verməsində hansı təbəqələr iştirak edir?
- Avrasiya materikinə hansı okeanlardan daha çox rütubət gəlir?
- Şimal Buzlu okeanının suyun böyük dövranında zəif iştirak etdiyini demək olarmı?
Nə üçün?
|
|
|
1 |
Suyun böyük dövranının əhəmiyyəti haqqında danışın. |
2 |
Suyun kiçik dövranı okeanların hansı əraziləri arasında baş verir. Bunun səbəbini
izah edin.
|
3 |
Çayların suyun böyük dövranında fəal iştirak etməsi haqqında fikirlərinizi yazın.
|
|