Ptolomeyin dünya xəritəsi (II əsr)
Fəaliyyət:
|
Erotosfen və Ptolomeyin xəritələrində hansı fərqlər vardır?
|
Bizim eranın II əsrində yaşamış yunan alimi Klavdi Ptolomey də “Coğrafiya”
adlı kitab yazmışdır. Bu kitabda Yerin coğrafi təsvirini vermiş, məlum məntəqələrin
coğrafi koordinatlarını təyin etmiş, xəritə çəkilməsi üsullarını göstərmişdir.
K.Ptolomey tərtib etdiyi xəritədə, Eratosfendən fərqli olaraq, daha geniş əraziləri
vermiş, onun üzərində paralel və meridianları (dərəcə toru) təsvir etmişdir. Onun
irəli sürdüyü fikirlərə görə, Yer kainatın mərkəzində dayanır, Günəş və digər
planetlər onun ətrafında fırlanır.
-
Qədim dövrdə yaşayan insanlar Yer kürəsini necə təsəvvür edirdilər?
-
Qədim xəritələrdə hansı ərazilər təsvir olunmuşdur?
-
Qədim dövrə aid olan ilk mükəmməl xəritənin müəllifi kimdir və xəritənin
üstün cəhətləri hansılardır?
-
Qədim xəritələrdə Afrikanın şimalı necə adlanırdı?
|
|
1Venn diaqramına əsasən qruplaşdırın:
|
1 Venn diaqramına əsasən qruplaşdırın:
-
İlk dəfə coğrafiya terminini işlətmişdir.
-
Tərtib etdiyi xəritədə daha geniş əraziləri
vermişdir.
-
Avropa, Asiya və Afrikanın şimalını təsvir
etmişdir.
-
İlk dəfə Yerin ölçülərini hesablamışdır.
-
Xəritənin üzərində paralel və meridianlar
çəkilmişdir.
-
Coğrafiya elminin inkişafında xidmətləri
olmuşdur.
|
|
2
|
“Ptolomeyin təsəvvürlərinə görə kainatın mərkəzində Yer kürəsi, onun ətrafında
Günəş və digər planetlər fırlanır” ifadəsinin sxematik təsvirini hazırlayın.
|
|