Atlantik okeanı sahəsinə görə Sakit okeandan sonra ikinci yerdədir.
Atlantik okeanı şimaldan Antarktidaya qədər 15 min km məsafədə uzanır.
Sahəsi 91,6 mln. km2, suyunun həcmi 329 mln. km3, ən dərin yeri Puerto-
Riko çökəkliyində 8742 m-dir. |
Hind okeanı sahəsinə görə üçüncü yeri tutur. Hind okeanının çox hissəsi
Cənub yarımkürəsində yerləşir. Okean 4 materiklə - şimalda Avrasiya,
qərbdə Afrika, şərqdə Avstraliya, cənubda Antarktida ilə əhatə olunur.
Sahəsi 76,3 mln. km2, suyunun həcmi 282 mln. km3, ən dərin yeri Zond
(Yava) çökəkliyində 7729 m-dir. |
Şimal Buzlu okeanı-sahəsinə görə ən kiçik okeandır. Onun çox hissəsi buzla
örtülmüşdür. Şimal Buzlu okeanı Avrasiya və Şimali Amerika materiklərinin
sahilləri ilə əhatə olunur. Sahəsi 14,0 mln. km2, ən dərin yeri Qrenlandiya
dənizində 5527 m-dir. |
Bütün okeanlar dəniz, körfəz və boğazlardan ibarətdir. Dəniz - okeanlardan yarımada, ada və ya sualtı qalxmalarla ayrılan, lakin onunla birbaşa su mübadiləsi olan hissədir. Dəniz okeandan suyunun fiziki-kimyəvi xassələrinə (temperaturu, duzluluğu, şəffaflığı), axınlarına, canlı aləminə, təbiətinə görə fərqlənir. Aralıq, Qara, Azov, Qırmızı, Mərmərə dənizləri materikin daxilində yerləşir. Barents, Kara, Oxot, Laptevlər, Yapon dənizləri materikin kənarındadır. Yava, Filippin, Sulavesi, Fici dənizləri adalarla əhatə olunur.
Fəaliyyət:
|
Dünyanın fiziki xəritəsinə əsasən adları çəkilən dənizləri tapın.
|