|
Okean və dənizlərin ətraf sularının öyrənilməsinə Aralıq dənizinin sahillərində başlanmışdır. Böyük Coğrafi kəşflər dövründə okeanların öyrənilməsinə maraq artmışdı. Səyahət gəmilərinin üzməsi üçün suların dərinliyini bilmək lazım gəlirdi. İlk dəfə portuqal dənizçisi F.Magellan dünya səyahəti zamanı okeanların bir-biri ilə əlaqəli olduğunu sübut etmişdir. Okeanların öyrənilməsinə XIX əsrin ikinci yarısından sonra başlanmışdır. Okeanlar öz sirlərini çətiniklə verir, onların öyrənilməsi ilə dünyanın aparıcı ölkələri məşğul olur.
|
Qurunun hazırda, demək olar ki, bütün əraziləri tam olaraq öyrənilmişdir, lakin okeanlarda hələ də öyrənilməmiş sahələr çoxdur. Onun dərin sahələrinin öyrənilməsi və mənimsənilməsi üçün
insanlar böyük əmək sərf edirlər. Burada
olan mineral ehtiyatların
əhəmiyyəti böyükdür, baş
verən proseslər təbiətin digər
komponentlərinə də təsir
göstərir.
Okean sahillərinin və dərin hissələrinin öyrənilməsi üçün müxtəlif avadanlıqlardan istifadə edilir. Onların öyrənilməsi və sərvətlərindən istifadə edilməsi sahilboyu ölkələrin əsas vəzifələrindən biridir. Okeanların öyrənilməsində xüsusi tədqiqatlar üçün yaradılan ekspedisiya gəmilərinin böyük əhəmiyyəti vardır. |
Hazırda okeanların öyrənilməsi 500-dən artıq gəmi vasitəsilə aparılır. Dünya okeanının öyrənilməsində Rusiyanın “Vityaz” gəmisinin xüsusi rolu olmuşdur. Gəminin okeanlar haqqında 20 il ərzində topladığı məlumatlara aşağıdakılar aiddir:
- Sakit okeanda olan 14 dərinsulu çökəklik öyrənilmişdir. Dünya okeanının ən dərin yeri olan Marian çökəkliyinin dərinliyi də ilk dəfə 1957-ci ildə bu gəmidə ölçülmüşdür.